Çərşənbə, 26 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XII turun daha iki oyunu keçiriləcək...

"Report"un məlumatına görə, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edəcək. Rəqibindən bir oyun az keçirən "köhlən atlar" 30 xalla liderdir. Meydan sahibləri 4 xalla 9-cu pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatlarında 71 dəfə üz-üzə gəliblər. Bunların 33-də Ağdam təmsilçisi, 13-də Şamaxı klubu qələbə qazanıb. Topların nisbətində də qonaqlar aşkar üstündür - 99:43. “Qarabağ” 16 oyundur Premyer Liqada uduzmur, “Şamaxı” isə 4 matçdır qol vurmur.

Günün ikinci görüşündə "Sabah" "Qəbələ" ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi 28 xalla ikinci, bölgə təmsilçisi 17 xalla beşincidir. Tərəflər indiyədək Premyer Liqada 16 dəfə qarşılaşıblar. Bunların 8-də meydan sahibləri, 5-də "qırmızı-qaralar" meydanı 3 xalla tərk ediblər. Topların nisbətində də "Qəbələ" üstündür - 23:15. “Sabah” çempionatdakı son 4 oyunda rəqibinə qol vurub. Son 6 qarşılaşmada iki və ya daha çox qol qeydə alınıb.

Azərbaycan Premyer Liqası, XII tur
30 oktyabr (bazar)

15:00. “Şamaxı” – “Qarabağ”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov

Hakim-inspektor: Vüsal Əliyev

Şamaxı şəhər stadionu

18:30. “Sabah” – “Qəbələ

Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev

Hakim-inspektor: Ömər Paşayev

“Bank Respublika Arena”

Qeyd edək ki, XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib.

pia.az 


Etiket: Liqa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ötən gün polislər belə güllələnib - Anbaan video

Şoyqu və Gerasimov haqqında həbs qərarı çıxarıldı

Namiq İslamzadəyə "general-leytenant" rütbəsi verildi

Oliqarx Leysan Məmmədovun oğlu “Sea Breeze”də yenidən dava saldı – Şok təfərrüat

Maşın almaq istəyənlər üçün vacib xəbər - Qanun dəyişdi

AVRO-2024: Niderland - Avstriya oyununda beşinci qol vurulub - Yenilənib

Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib

Ərdoğan yeni antiterror əməliyyatlarının anonsunu verdi

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif edib

Əhmədin yoxa çıxdığı deyilən bacısının əri haradadır? - Detallar

Rusiya və Ukrayna arasında hərbi əsirlərin dəyişdirilməsi həyata keçirilib

Ən çox oxunanalar