Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Özbəkistanın iş adamlarını birgə fəaliyyətə dəvət edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanovla görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, nazir ölkəmizdəki diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb və vurğulayıb ki, Azərbaycan-Özbəkistan əlaqələri inkişaf edir, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir.

Qeyd edilib ki, Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Planının həyata keçirilməsi ikitərəfli əlaqələrin genişləndirilməsinə töhfə verəcək. Ölkələrimiz arasında əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşən İqtisadiyyat naziri Özbəkistan iş adamlarını birgə fəaliyyətə dəvət edib.

M.Cabbarov Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti, son təxribatları, törətdiyi terror və müharibə cinayətləri, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması üçün öz ərazisində apardığı uğurlu əks-hücum əməliyyatları barədə məlumat verib, səfirin mülki əhaliyə və obyektlərə artilleriya və raket zərbələri endirilməklə müharibə cinayətlərinin törədildiyi şəhər və rayonlara səfərlərinin yüksək qiymətləndirildiyini bildirib, dost Özbəkistana mənəvi dəstəyə görə minnətdarlıq edib.

İqtisadi əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirən B.Aşrafxanov vurğulayıb ki, Azərbaycan Vətən müharibəsi aparır və Özbəkistan BMT qətnamələri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

Görüşdə iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi, dövlət-özəl tərəfdaşlığı, qarşılıqlı sərgilərin keçirilməsi və digər məsələlər müzakirə olunub.

pia.az 


Etiket: İş adamı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

Malıbəylidə insana məxsus sümük fraqmentləri aşkar edilib

Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb

Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir

Ənənəvi, yoxsa elektron siqaretlər daha çox zərərlidir? - Professordan açıqlama  

Ən çox oxunanalar