Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan külək enerjisi potensialına görə dünyanın 2-cisi olub

Azərbaycan ofşor zonalarda külək enerjisi potensialına görə dünyada 2-ci ölkədir.

Bu Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council - GWEC) hazırladığı "Global Wind Report 2022" hesabatında qeyd edilir.

Hesabatda deyilir ki, ölkəmizin, təxminən, 157 qiqavatt külək enerjisi potensialı var və hökumət 2030-cu ilə qədər ümumi enerji qoyuluşunda bərpa olunan enerjinin payını 30 %-ə çatdırmağı planlaşdırır.

"Yaşıl hidrogen" siyasəti ilə əlaqədar olaraq isə 2060-cı ildə bu zona sıfır emissiya regionu olacaq.

Hesabata görə, bu sırada Azərbaycanla yanaşı Avstraliya, Şri-Lanka və Türkiyənin adı yer alıb.

Belə ki, Avstraliyanın potensialı 4 963 qiqavatt, Şri-Lankanın imkanları 92 qiqavatt və Türkiyənin potensialı isə 70 qiqavatt olaraq müəyyən edilib.

Qeyd edək ki, Azərbaycan hökumətinin "Yaşıl enerji" ilə bağlı xüsusi strategiyası mövcuddur.

Bu siyasətə uyğun olaraq işğaldan azad edilmiş ərazilər “Yaşıl enerji” zonası elan edilib. Həmçinin Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti 240 MVT gücündə külək enerji parkı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti isə 230 MVT gücündə günəş elektrik stansiyası inşa edəcək.

Hər iki stansiyanın inşa işlərinin 2023-cü ilin ortalarında yekunlaşaraq istismara verilməsi gözlənilir.

Azərbaycanda dəniz küləyi ilə bağlı siyasət, o cümlədən hüquqi və tənzimləyici baza, infrastrukturu təmin edən və satınalmalara dəstək mexanizmi yoxdur.(report)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Ən çox oxunanalar