Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan hotellərində bayram günləri ərəfəsində son vəziyyət necədir?

Gələn həftə bütün müsəlman dünyası müqəddəs Qurban bayramını qeyd edəcək...

Bununla əlaqədar olaraq bir çox ölkələrdə, o cümlədən Azərbaycanda bir neçə günlük tətil elan edilib. Həmin günlərdə ənənəvi olaraq turizm xidmətlərinə tələb adi günlərə nisbətən daha yüksək olur. Bəs bu il Azərbaycanda vəziyyət necədir?

Məsələ ilə bağlı Azərbaycan Hotel Assosiasiyasından “Report”a bildirilib ki, tətil günləri üçün hotellərin doluluq səviyyəsi artıq orta hesabla 60-70%-ə çatıb:

“Hətta bayramın ilk 3 günündə bəzi hotellərdə doluluq səviyyəsi 90% təşkil edir. Rezervasiya edənlərin əksəriyyəti yerli sakinlərdir, yalnız Qəbələdə əsasən ərəb ölkələrindən olan qonaqlardır”.

Bildirilir ki, hotellərin rezervasiyası əsasən turizm agentlikləri və onlayn platformalar vasitəsilə edilib:

“Çox az halda hotellərə birbaşa zəng edərək bron edirlər. Yerli turistlərlə olan təcrübə isə onu göstərir ki, son anda hotelləri bron edirlər, bunun hesabına onların doluluq səviyyəsi bayram günlərində 100% təşkil edir”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi açıqlamasında bildirib ki, ölkədə Qurban bayramının qeyd edilməsi ərəfəsində və ümumilikdə yay mövsümünün başlaması ilə regionlarda turizm xidmətlərinə, xüsusilə də hotellərin və digər yerləşdirmə vasitələrin xidmətlərinə tələb yüksəkdir.

“Bir sıra iri və 5 ulduzlu hotellər qeyd olunan günlərə satışlarını dayandırıb, yaxud da qiymətləri artırıb. Bu da yerlərin sayının az, tələbatın yüksək olduğunu göstərir. Ümumiyyətlə bayram və istirahət günlərində, mövsüm zamanı turizm xidmətlərinə tələbatın artdığından təkliflərin bahalaşması normal təcrübə hesab edilir”, - S.Dübəndi qeyd edir.
Assosiasiya rəhbəri bildirib ki, “Şahdağ” Turizm Mərkəzinin ərazisində fəaliyyət göstərən hotellərdən bəziləri satışlarını dayandırıblar, 4 ulduzlu hotellərdən birində 26 iyun tarixinə 1 otaq (səhər yeməyi daxil olmaqla) 205 manata təklif edir. Bu ərazidə ən aşağı qiymət 109 manatdır.

Digər regionlarda 5 ulduzlu hotellərin qiymətlərinə (1 otaq üçün) toxunaraq, o qeyd edib ki, Şəkidə 312 manat, İsmayıllıda (Basqal qəsəbəsində) 396 manat, Lənkəranda 360 manat, Qubada 425 manatdır.

Bakı şəhərində fəaliyyət göstərən 5 ulduzlu hotellərdə qiymətlər 240-1200 manat arası dəyişir. Digər kateqoriyalı hotellərdə qiymətlər daha ucuz, təxminən 45-130 manat arasındadır”, - S.Dübəndi əlavə edib.

O vurğulayıb ki, ümumilikdə Azərbaycanda turizm sənayesi sürətlə bərpa olunur və bu statistika ilə də təsdiq olunur:

“May ayında gəlmə turizmdə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38%, yanvar-may aylarında isə 52% artım müşahidə edilib”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Ən çox oxunanalar