Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan futbolunda biabırçılıq: komanda üçün 1 manatdan yığdılar

Azərbaycan futbolu ilə bağlı biabırçılıqlar bir-birini əvəz etməkdədir.

PİA.az apasport.az-a istinadən xəbər verir ki, 2021/22 mövsümü yenicə start götürən Region Liqasında bənzəri görünməyən daha bir hadisə baş verib.

Məlumata görə, Şimal-Qərb regionu üzrə II turda keçirilən “Karvan” – “Göyəzən” oyunundan əvvəl stadiona toplaşan azarkeşlərdən pul yığılıb. Məsələ burasındadır ki, həyatda qalması üçün “Karvan”a yardım kompaniyası çərçivəsində yevlaxlılardan hərəyə 1 manatdan dəstək olmaq xahiş edilib. Ancaq heç kim buna məcbur edilməyib, proses könüllü şəkildə aparılıb.

Məlumatı söhbətində “Karvan”ın baş məşqçisi Kənan Kərimov da təsdiqləyib. O, komandanı ayaqda saxlamaq üçün başqa variantlarının olmadığını söyləyib: “Ümumiyyətlə, bank hesabı açmışıq, bir çox iş adamlarına müraciət etmişik. Komandanı saxlamaq böyük vəsait tələb edir. Şəhərə afişalar vuruldu ki, insanların məlumatı olsun. Ən azı sevinməlidirlər ki, mənim sayəmdə futbol Yevlaxa qayıdıb. Oyun zamanı isə stadionda elə böyük məbləğ yığılmadı. Afişada da qeyd olunub ki, bu kompaniya “Karvan”a dəstək üçün aparılır. Bəzi insanlar bunu səhv başa düşdülər”.

Kərimov toplanan pulun məbləğini də açıqlayıb: “Orada cəmi 116 manat pul yığıldı. Goranboydan, Mingəçevirdən, Ləkidən gələn futbolçularımız var. Toplanan pulun üstünü də düzəldib yol xərci kimi onlara verdim. Bunu ondan ötrü eləmişik ki, heç olmasa digər rayonlardan gələn futbolçuların yol pulunu verə bilək. Yevlaxlı futbolçuların isə cibinə hələ bir manat da girməyib”.

Qeyd edək ki, vaxtilə Premyer Liqada çıxış edən “Karvan” 2004/05 mövsümündə bürünc, növbəti mövsüm isə gümüş mükafat qazanıb. Köklü klubumuz 2006/07 mövsümündə UEFA Kubokunun (indiki Avropa Liqasının) I təsnifat mərhələsində Slovakiya klubu “Spartak”ı (Trnava) üstələməklə bu turnirdə mərhələ adlayan ilk Azərbaycan klubu olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Qısa müddətdə milyonçu-oliqarxa çevrilən namizəd: Mehriban Vəliyeva çox bahalı villasını necə tikdirib?

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Latviya 2028-ci ildən qadınlar üçün məcburi hərbi xidmət tətbiq edə bilər

Sabahdan ali məktəblərə qəbul olunanların qeydiyyatına start veriləcək    

Durovun həbsi Fransaya baha başa gəldi: 17 milyard dollarlıq müqavilə donduruldu

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay