Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan buna icazə verməz...” - Ermənistan rəsmisi

Ermənistanda Metsamor AES-in işlənmiş nüvə yanacağının Rusiyaya təkrar emal və utilizasiya üçün daşınması məsələsi yenidən gündəmə gəlib

Bu barədə Ermənistanın nüvə təhlükəsizliyinin nizamlanması üzrə Dövlət Komitəsinin sədri Aşot Martirosyan Yerevanda keçirdiyi mətbuat konfransında danışıb.

O bildirib ki, işlənmiş nüvə yanacağının hava yolu ilə Ermənistandan daşınması mümkün deyil. Çünki bu tullantılar həddən artıq radioaktivdir, Rusiya ilə dəmir yolu əlaqəsi isə hələ bərpa edilməyib.

Martirosyanın sözlərinə görə, Ermənistandan nüvə yanacağının çıxarılması ilk növbədə siyasi xarakter daşıyır.

"İşlənmiş nüvə yanacağının Ermənistandan Rusiyaya daşınması ya Azərbaycan dəmir yolu ilə mümkündür, ya da Gürcüstan. Hava yolu ilə bunu etmək mümkün deyil”,- o bildirib. Martirosyan qeyd edib ki, hava yolu ilə hələ istifadə olunmamış yanacağı daşımaq olar, amma işlənmiş yanacaq həddən artıq radioaktivliyə malikdir və onu təyyarədə daşımaq mümkün deyil.

"Hamı başa düşür ki, Azərbaycanla belə proqramı həyata keçirmək mümkün olmazdı. Gürcü-abxaz münaqişəsi nəticəsində isə Gürcüstandan Rusiyaya gedən dəmir yolu dağılıb, bu yol haqda indi söhbət gedə bilməz”,- Martirosyan deyib.

Onun sözlərinə görə, nə vaxt siyasi məsələ həll olunacaq, Rusiya-Gürcüstan dəmir yolu bərpa ediləcək, Ermənistandan nüvə tullantılarının daşınması barədə də o vaxt düşünmək mümkün olacaq. (virtualaz.org)

pia.az


Etiket: Ermənistan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar