Cümə, 31 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan, Türkiyə və Ukrayna arasında üçtərəfli siyasi məsləhətləşmələr keçirilib

Bu gün Bakıda Azərbaycan, Türkiyə və Ukrayna Xarici İşlər nazirlikləri arasında birinci üçtərəfli siyasi məsləhətləşmələr keçirilib


XİN-dən bildirilib ki, siyasi məsləhətləşmələrə Azərbaycan, Türkiyə və Ukrayna xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov, Ümit Yardım və Vasiliy Bodnar rəhbərlik edib.
 
Görüşdə ikitərəfli əsasda üç ölkə arasındakı münasibətlərin mövcud səviyyəsi yüksək qiymətləndirildi və üçtərəfli formatda siyasi məsləhətləşmələrin yeni əməkdaşlıq imkanları yaradacağına və ölkələrimiz arasındakı ənənəvi dostluğu və tərəfdaşlığı daha gücləndirəcəyinə əminlik ifadə olunub.
 
Siyasi məsləhətləşmələr zamanı tərəflər beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bu ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək bildirib.

Tərəflər həmçinin, beynəlxalq və regional məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi apardı və nəqliyyat, enerji, iqtisadi-ticarət, təhsil, turizm və terrorizmə qarşı mübarizə də daxil olmaqla digər sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edib.
 
Üçtərəfli siyasi məsləhətləşmələrin müntəzəm əsasda keçirilməsi və bu formatda əməkdaşlığın yüksək səviyyədə davam etdirilməsi barədə razılıq əldə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sümbülə Əliyeva: "Öz yerimə təyin etdiyim şəxs bütün sənədləri saxtalaşdırıb"

Əməkdar və Xalq artistləri dövlətdən hər ay nə qədər təqaüd alırlar?

Qocalmanın qarşısını alır, ürəyi sağlam saxlayır: Bəs kimlərə gilas ziyandır?

"Manatlıq taksi" dövrü bitir: Cərimə yazılacaq

Bakının dörd rayonunun qaz təchizatında fasilə yaranacaq

BMT-də İbrahim Rəisinin xatirəsinə həsr olunmuş iclas keçirilib

Azərbaycan Yeparxiyasının yeni yepiskopu seçilib

Mikayıl Cabbarov: "Dövlət borcunun səviyyəsi çox aşağıdır"

Təkmilləşdirmə kursunu bitirən zabitlərə sertifikatlar təqdim edilib

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Ən çox oxunanalar