Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avroviziyada builki iştirakımız etiraza səbəb oldu - "Şəhidlərin qanından utanıram..." - Fotolar

Sosial şəbəkə istifadəçiləri Azərbaycanın bu il Avroviziya Mahnı Müsabiqəsində iştirakına etiraz edir.

Bakupost.az xəbər verir ki, “Facebook”da başladılan etiraza səbəb Azərbaycanın şəhidlər verərək müharibədən yenicə çıxmasının ardınca belə bir müsabiqəyə qoşulmasıdır. Şəbəkə istifadəçiləri qeyd edir ki, hələ də itkin düşmüş hərbçilərin şəhid xəbərləri gəlir və Azərbaycan belə bir ərəfədə Avroviziyaya qoşulmamalı idi.

Amerikada yaşan azərbaycanlı rejissor Elmar Bayramov öz “Facebook” hesabında bildirib ki, cəmi bir neçə ay öncə canlarını “Azərbaycan” deyərək qurban verən igidlərimizin ehtiramını saxlamaq, şiddətli vacib və mühümdür: “General rütbəsindən kiçik əsgərə qədər, 2-ci Qarabağ müharibəsindəki ümumi şəhidlərimizin bu günə kimi yenilənən sayı 2 881 nəfərdir. Demirəm bütün ömrümüzü yas tutaq və dünyadan kənarda qalaq. Bu il “Eurovision”da iştirak etməyimiz deyək ki, vacib idi. Bu halda, bu rəqslə, ya bu geyimləmi vacib idi? Dil dişləmələri, öz aləmlərində “seksual” poz və ya xoreoqrafik elementlər göstərməklə, yenicə müharibədən çıxmış Azərbaycanı təmsil etdilər. Qazilərimizin yaralarının qanı qurumamış təmsil etdilər. Bu görüntüdə nə qədər vacib idi? Vallah, mən müəyyən edə bilmirəm, bəlkə mən geridə qalmışam və ya bu işin əhəmiyyətini dərindən anlamıram. Xahiş edirəm, bilən varsa izah etsin, biz bilməyənlər də agah olsun”.

Etirazçılar “Belə hallar görəndə şəhidlərin qanından utanıram...”, “Bu ifanı edənlər və onları dəstəkləyən kateqoriya üçün dünyada dəyər, sevgi, Vətən anlayışı yoxdur, onlarda hər şey sünidir”, “Şəhidlərin xatirəsinə nəsə bir şey etmək lazımdır, belə səhnələr biyabırçılıqdır” və s. bu kimi postlar paylaşıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Ən çox oxunanalar