Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Komissiyası Rusiyaya qarşı 9-cu sanksiyalar paketini açıqlayıb

Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketinin məzmununu açıqlayıb...

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyanat yayıb.

Lyayenin sözlərinə görə, paketdə əsas anti-Rusiya sanksiyaları var.

İlk olaraq sanksiya tətbiq edilən şəxslərin siyahısına əlavə olaraq 200-ə yaxın fiziki və hüquqi şəxs daxil edilib. Onların arasında Rusiya silahlı qüvvələri, eləcə də ayrı-ayrı zabitlər və hərbi sənaye müəssisələri, Dövlət Dumasının və Federasiya Şurasının üzvləri, nazirlər, qubernatorlar, siyasi partiyalar və s. var.

Rusiya Regional İnkişaf Bankının əməliyyatlarına tam qadağa da daxil olmaqla, əlavə üç banka qarşı sanksiyalar tətbiq edilib, xüsusilə ikili təyinatlı mallara yeni ixrac nəzarəti və məhdudiyyətlər var. Buraya əsas kimyəvi maddələr, elektronika və texnologiya komponentləri daxildir.

Daha sonra Yəni, dron mühərriklərinin birbaşa Rusiyaya ixracına və bu ölkəyə pilotsuz təyyarələr verə biləcək hər hansı üçüncü ölkələrə, məsələn, İrana ixracına qadağa qoyulacaq.

Avropa Rusiya təbliğatının yayılması üçün bütün telekanalların yayımına qadağa qoyulub.

Rusiyanın energetika və mədənçıxarma sektorlarına qarşı əlavə iqtisadi tədbirlər, o cümlədən dağ-mədən sənayesinə yeni investisiyaların qoyulmasına qadağa tətbiq olunub.

Bundan əlavə, paketə bu həftə qüvvəyə minən Rusiya neftinin idxalına Avropa İttıfaqının ümumi qadağası, həmçinin "Böyük Yeddilik" (G7) tərəfindən razılaşdırılmış qlobal neft qiymətləri həddi əlavə olunur.

Xatırladaq ki, dekabrın 5-dən etibarən Avropa İttifaqı tərəfindən Rusiyadan neftin qiymətinə məhdudiyyətlər qüvvəyə minib. Onları G7 ölkələri və Avstraliya dəstəkləyib.

pia.az


Etiket: Rusiya sanksiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Ən çox oxunanalar