Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatı: İki güləşçimiz finala çıxdı, Rafiq Hüseynov əzəli rəqibinə uduzdu – Yenilənib

“Klassik”lərin liderlərindən olan Rafiq Hüseynov finala yüksələ bilməyib...

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

67 kq çəki dərəcəsində çıxış edən Həsrət Cəfərov yarımfinalda Türkiyə təmsilçisi Murat Fırata qalib gəlib.

72 kq çəki dərəcəsində çıxış edən Ülvi Qənizadə də yarımfinalda Türkiyə təmsilçisinə - Selcuk Cana qalib gəlib.

Həsrət Cəfərov qızıl medal uğrunda Coni Xetsuriani (Gürcüstan), Ülvi Qənizadə isə İbrahim Hassan Qanemlə (Fransa) görüşəcək.

“Klassik”lərin liderlərindən olan Rafiq Hüseynov isə finala yüksələ bilməyib.

82 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda əzəli rəqibi, Türkiyə təmsilçisi Burhan Akbudağa məğlub olub.

O, sabah bürünc medal uğrunda görüşə çıxacaq.

60 kq-dakı Nihat Məmmədli isə təsəlliverici qarşılaşmada mübarizə aparacaq.

Bu gün, həmçinin, dörd yunan-Roma güləşçisi medal görüşündə qüvvəsini sınayacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrnda Adem Uzunla (Türkiyə), 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə Laşa Qobadzeylə (Gürcüstan) bürünc medal uğrunda güləşəcək.

***

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə başlayıb. İdmançılarımızın hər biri 1/8 finaldan yarışa start götürüblər.

60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli Bolqarıstan təmsilçisi Edmond Nazaryanla üz-üzə gəlib. İdmançımız rəqibinə 3:7 hesabı ilə məğlub olub.
67 kq-da yarışan Həsrət Cəfərov Pedro De Moraislə (Portuqaliya) qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. O, 1/4 finalda norveçli Havard Yorgenseni 7:1 hesabı ilə üstələyərək yarımfinalda yarışmaq hüququ qazanıb.

72 kq-dakı Ülvü Qənizadə ilk görüşdə ukraynalı Andrey Kuliki 4:1, növbəti mərhələdə bolqarıstanlı Deivid Dimitrovu 3:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Burada o, Selçuk Canla (Türkiyə) üz-üzə gələcək.

82 kq-da titullu pəhləvan Rafiq Hüseynov ilk görüşdə isveçrəli Mark Veberi (İsveçrə) 8:0 üstələyib. 1/4 finalda o, ermənistanlı Samvel Qriqoryanın kürəyini yerə vurub (3:2) və yarımfinala adlayıb. Rafiq finala yüksəlmək üçün Burhan Akbudakla (Türkiyə) güləşəcək.

97 kq-da mübarizə aparan Arif Niftullayev çexiyalı Artur Omarovla üz-üzə gəlib. O, rəqibinə 1:2 hesabı ilə uduzub.

***

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Bu gün Azərbaycanın daha beş yunan-Roma güləşçisi mübarizəyə başlayacaq. İdmançılarımızın hər biri 1/8 finaldan start verəcək.

60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli Bolqarıstan təmsilçisi Edmond Nazaryanla üz-üzə gələcək. 67 kq-da yarışan Həsrət Cəfərov Pedro De Moraislə (Portuqaliya), 72 kq-dakı Ülvü Qənizadə Andrey Kuliklə (Ukrayna) güləşəcək.

82 kq-da titullu pəhləvan Rafiq Hüseynov isveçrəli Mark Veberin (İsveçrə), 97 kq-da mübarizə aparan Arif Niftullayev çexiyalı Artur Omarovun müqavimətini qırmağa çalışacaq.

Bu gün, həmçinin dörd yunan-Roma güləşçimiz medal görüşünə çıxacaq. 55 kq-dakı Eldəniz Əzizli qızıl medal uğrunda Adem Uzunla (Türkiyə), 63 kq-dakı Taleh Məmmədov Leri Abuladze (Gürcüstan) ilə, 130 kq-dakı Sabah Şəriəti Rza Kayaalpla (Türkiyə) üz-üzə gələcək. 87 kq-dakı İslam Abbasov isə gürcüstanlı Laşa Qobadzeylə bürünc medal uğrunda güləşəcək.

Xatırladaq ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar, Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıblar. Qadınlardan Mariya Stadnik (50 kq) qızıl, Jalə Əliyeva (57 kq) bürünc medala sahib çıxıblar.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

Ən çox oxunanalar