Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə başlayırlar

Azərbaycanın beş sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bu gün mübarizəyə başlayacaq...

"Report" xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Nurəddin Novruzov 1/4 final mərhələsində Gennadi Diuvenji (Moldova) ilə üz-üzə gələcək.

65 kq-dakı Rəşid Babazadə təsnifatda Diuvenjinin həmyerlisi Veniamin Borzinlə görüşəcək. 70 kq-dakı Maqomed-Başir Xaniyev 1/8 finalda Narek Poqosyanla (Ukrayna), 79 kq-dakı Səbuhi Əmiraslanov 1/4 finalda Radomir Stoyanov (Bolqarıstan) - Mateuş Pedziçk (Polşa) cütünün qalibi ilə güləşəcək.

Nəhayət, 97 kq-dakı İslam İlyasov təsnifatda Ertuğrul Ağcanın (Almaniya) müqavimətini qırmağa çalışacaq.

Bu gün, həmçinin, qadın güləşçilərdən Birgül Soltanova (65 kq) finalda Amina Kapezanı (Rumıniya) sınağa çəkəcək. Gültəkin Şirinova (53 kq) bürünc medal uğrunda görüşdə Mariana Draqatun (Moldova) - Çadiya Ayaçi (Fransa) duelinin qalibi ilə qarşılaşacaq. Jalə Əliyevanın (57 kq) təsəlliverici qarşılaşmada rəqibi Nazife Mustafa Tahir (Bolqarıstan) olacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) bürünc medala yiyələnib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Ən çox oxunanalar