Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Atam məni xatırlamır” — Lalə Məmmədova

“Hələ də valideynlərimlə yaşayıram. Yəqin ki, bundan sonra da onlarla yaşayacam. Çünki ayrı yaşamağı düşünmürəm. Atam xəstədir. Ona mən baxıram”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova "ATV maqazin onlarla" proqramında yer alan "33 sual" rubrikasının qonağı olarkən deyib. Rubrikanın aparıcısı Ruslan Ağayevin suallarını cavablandıran müğənni atasının uzun müddətdir alzheiymer xəstəliyindən əziyyət çəkdiyini bildirib:

"Atamda alimlərdə rast gəlinən alzheiymer, yaddaş unutqanlığı xəstəliyi var. Sevdiyiniz insanın arada sizi unutmağı, xatırlamamağı, adınızı belə bilməməyi çox ağırdır. Yaddaşı gedib-gəlir.

Son 2-3 ildə xəstəliyi daha da kəskinləşib. Bir müddət əvvələ qədər dərs deyirdi. Lakin indi demir. O, nə vaxt yerindən qalxsa, ayaq səsinə oyanıram. Baxmayaraq ki, ayrı-ayrı otaqlarda yatırıq. Gecə vaxtı birdən oyanır. Elə ola bilər ki, öz otağını unudub, başqa otağa girsin. Ya da ki, çarpayısını tapa bilməsin. Ona görə də anam və mən hər zaman atamın arxası ilə qaçırıq.

Onun iş kabinetinə girib, kitablara baxıb, amma dərk etməməyi çox ağrılıdr. O kitablar arasında özünün yazdığı nəşrlər, elmi məqalələri də var.

Ən çox Sara Qədimovanın musiqilərini sevir. Elmi işlərinin arasında onun fotolarını kəsib saxlayırdı. "Youtube"dan konsertlərini qoyuram baxır. Musiqilərinə qulaq asanda başını yelləyir. Artıq bilirəm ki, o, musiqini xatırlayır.
Bəzən keçmişlə bağlı sual verəndə məni də xatırlayır. Yadına salmağa çalışır. Amma artıq ağrı-acısını dili ilə deyə bilmir ki, filan yerim ağrıyır".

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar