Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“AtaBank”a təkan üçün rəhbərliyi dəyişdirilir - Son dəqiqə

“AtaBank”-ın rəhbərliyində geniş dəyişikliklər ediləcək

"AtaBank" ASC-nin bazarda mövqeyinin daha da möhkəmləndirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi və gəlirliliyinin artırılması üçün rəhbərliyində geniş dəyişikliklər ediləcək.

Pia.az marja.az-a istinadən bildirir ki, 25 İyul 2019-cu il tarixində axşam radələrində "AtaBank"ın səhmdarlarının yığıncağı keçirilib. Yığıncaqda Bankda islahatların aparılmasına, o cümlədən Müşahidə Şurasının və İdarə Heyətinin dəyişdirilməsinə qərar verilib. Mənbənin sözlərinə görə, hazırda "AtaBank" ASC-nin İdarə Heyətinin sədri Dəyanət Quliyev də vəzifəsindən azad ediləcək. Banka tezliklə yeni sədr və sədr müavinləri təyin ediləcəkdir. Dəyanət Quliyevin isə Bankın əsas səhmdarı olan "Synergy Group" MMC-də yüksək bir vəzifəyə təyin edilməsinə qərar verilib. Yeni sədr təyinatınadək Dəyanət Quliyev İdarə Heyətinin sədri vəzifəsini icra edəcəkdir.

Mənbə xüsusi qeyd etdi ki, bütün dəyişikliklər "AtaBank"ın daha yüksək səviyyəyə qaldırılmasına hesablanıb. Bank Azərbaycanda ən böyük kapitala malik banklardan biridir. Güclü kapital (145 milyon manat) daxil Bankın potensialından daha səmərəli istifadə edilməsi hədəflənir.

İddia ilə bağlı "AtaBank" ilə əlaqə saxladıq. Bankdan "Marja"ya təsdiq edildi ki, rəhbərlikdə dəyişikliklər nəzərdə tutlur və bütün dəyişikliklər müsbət yönümlüdür. Bank tərəfindən məsələ ilə bağlı tezliklə ictimaiyyətə rəsmi açıqlama veriləcəkdir.

Xatırladaq ki, "AtaBank" ASC-nin nizamnamə kapitalının 86%-i "Synergy Group" MMC-yə,14%-i fiziki şəxslərə məxsusdur.

Pia.az


Etiket: AtaBank

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Bakıda bu ərazilərdə torpağın sotu 500 min manata satılır

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Azərbaycanda tüğyan edən saxta “endirim minnətinə” qarşı necə mübarizə aparmaq olar?

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Türkiyədə hələ də dövlət çevrilişi edə biləcək qurumlar və güc mərkəzləri mövcuddur?

Ən çox oxunanalar