Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Astana üçlüyünün sammiti... - Türkiyə Suriyanın şimalında hərbi əməliyyat keçirməkdən vaz keçəcəkmi?..

Üçlüyün qəbul etdiyi bəyanat Suriyada Türkiyə, Rusiya və İranın birgə addımlamasından xəbər verirmi ?..

Politoloq: “Astana üçlüyünün görüşü sonrası tərəflər bəyannamə qəbul etsələr də, format Suriya münaqişəsinin nizamlanmasında elə də effektiv deyil. Rusiya İran və Türkiyənin Suriya üzərində maraqları ayrıdır və bu maraqlar fərqlidir”.

“Dünyada və regionda baş verən son hadisələr tərəflərin uzlaşmağa yaxın olduğu təəssüratı bağışlasa da, Tehran, Moskva və Ankaranın milli və geosiyasi maraqları kəskin fərqlənir”.

Bu sözləri politoloq Turan Rzayev Astana üçlüyünün qəbul etdiyi bəyanatı PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü gerçəkləşdi. Görüşün sonunda birgə bəyannamə qəbul olunub.

Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir.

Tərəflər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qalır və hesab edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur.

Həmçinin İran və Türkiyə liderləri Putinin dəvəti ilə növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq veriblər.

Bu bəyanat Suriyada Türkiyə, Rusiyaİranın birgə addımlamasından xəbər verirmi və sammitdən sonra Türkiyə Suriyanın şimalında hərbi əməliyyat keçirməkdən vaz keçəcəkmi?

Astana üçlüyünün görüşünün nəticələrini PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Bu ölkələrin Suriya üzərində nədəsə anlaşması mümkün deyil Onların tək anlaşacağı şey bir-birilərinə qarşı səbrli olmaq və Suriyadakı prosesləri Astana üçlüyünün müharibəsi halına gətirməməkdir”.

Türkiyənin Suriyadakı maraqlarının həm də ABŞ-NATO kontekstində dəyərləndirilməli olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, ABŞNATO faktoru isə özlüyündə Tehran və Kreml ilə fikir ayrılığı yaranmasına səbəb olur:

Birincisi, bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir.

İkincisi, tərəflər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qalır və hesab edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur.

Üçüncüsü, İran və Türkiyə liderləri Putinin dəvəti ilə növbəti üçtərəfli sammitin Rusiyada keçirilməsinə razılıq veriblər.

Ümumiyətlə Rusiya, İran və Türkiyə prezidentlərinin görüşünün hələ 2020-ci ildə Tehranda keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən tədbir bir neçə dəfə təxirə salınmışdı.

Astana üçlüyünün görüşü sonrası tərəflər bəyannamə qəbul etsələr də, format Suriya münaqişəsinin nizamlanmasında elə də effektiv deyil. Rusiya İran və Türkiyənin Suriya üzərində maraqları ayrıdır. Düzdür, dünyada və regionda baş verən son hadisələr tərəflərin uzlaşmağa yaxın olduğu təəssüratı bağışlasa da, Tehran, Moskva və Ankaranın milli və geosiyasi maraqları kəskin fərqlənir. Misal üçün Türkiyənin Suriyadakı maraqları həm də ABŞ-NATO kontekstində dəyərləndirilməlidir. ABŞNATO faktoru isə özlüyündə Tehran və Kreml ilə fikir ayrılığı yaranmasına səbəb olur. Eyni zamanda Suriyada kürd faktoru Türliyə üçün çox ciddi milli təhlükəsizlik məsələsidir.

İran üçünsə Suriyadakı rejimin varlığı öz varlığının təhlükəsizliyi deməkdir. Çünki Tehranda çox yaxşı bilirlər ki, Bəşər Əsəd rejiminin yıxılmasından sonra sıra onlara gələcək.

Rusiyanın isə Suriyada olması Aralıq dənizində hərbi varlığını saxlaması deməkdir.

Ona görə də bu ölkələrin Suriya üzərində nədəsə anlaşması mümkün deyil Onların tək anlaşacağı şey bir-birilərinə qarşı səbrli olmaq və Suriyadakı prosesləri Astana üçlüyünün müharibəsi halına gətirməməkdir.

Turan Rzayev: “Xamenei-Ərdoğan görüşünün bəlkə də ən diqqətçəkən məqamı tərəflərin Cənubi Qafqaz ətrafında məsələləri müzakirə etmələri oldu”.

Bəyannaməyə əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir. Halbuki Qərbin və ABŞ-ın Suriyaya tədbiq etdiyi əksər sanksiyalara Türkiyə də qoşulub. Türkiyə birtərəfli sanksiyaları rədd etsə də, kollektiv sanksiyalardan yayına bilməyəcək. NATOABŞ-ın əksər sanksiyaları kollektiv sanksiyalardır.

Digər tərəfdən, tərəflər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qalır və hesab edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur. Prinsip etibarilə hər üç ölkənin bu gün Suriyada hərbi kontingenti, hətta bazası var. Bundan başqa hər üç ölkənin dəstəklədiyi qruplar da var.

Moskva və Tehran Əsədi dəstəkləsə də, Ankara bu məsələdə Qərb ilə də ortaq hərəkət edir. Digər tərəfdən, Prezident Ərdoğanın Əsəd əleyhinə dediyi ağır ittihamlar da məlumdur. Ümumilikdə isə Türkiyə Suriyanın ərazi bütövlüyünə sadiqdir və bunu hər zaman dilə gətirib. Yəni Suriyanın ərazi bütövlüyü deyərkən top Ankaranın üzərinə atılır.

O ki qaldı, Rusiya prezidenti türkiyəli və iranlı həmkarını növbəti görüş üçün Rusiyaya dəvət etməsinə bu görüşündə İrandan fərqli nəticələr ilə yadda qalacağını düşünmürəm. Ən azından Suriya ətrafında aparılacaq müzakirələr üçün bu belə olacaq.

Ərdoğan Tehrana səfəri çərçivəsində İranın Ali dini lideri Əli Xamenei ilə də görüşüb. Görüş zamanı ikitərəfli əlaqələr, regional məsələlər müzakirə edilib. Görüşdə İran Prezidenti İbrahim Rəisi də iştirak edib.

Əli Xamenei İranda siyasi hakimiyyət pramidasının ən üst nöqtəsində olduğu üçün Ərdoğanın səfərini İbrahim Rəisi görüşü kontekstində deyil, məhz Xamenei görüşü kontekstində izah edilməlidir.

Turan Rzayev: “İran Zəngəzur dəhlizinə qarşıdır və bunu necəsə bu və ya başqa formada əsaslandırmağa çalışır”.

Aydındır ki, İran başda Türkiyənin Suriyanın şimalında antiterror əməliyyatı keçirməsi olmaqla bir çox məsələdə Türkiyədən narazıdır. Bu narahatlığı vaxtaşırı başda İran ali dini lideri olmaqla, siyasi elitanın əksər nümayəndələri də dilə gətirir. Təsadüfi deyil ki, Xamenei Türkiyə prezidenti ilə görüşdə narazı olduğu bir çox məqamları qeyd etdi.

Xamenei-Ərdoğan görüşünün bəlkə də ən diqqətçəkən məqamı tərəflərin Cənubi Qafqaz ətrafında məsələləri müzakirə etmələri oldu. Rəsmi Tehran Ankara və Bakının regionda yaratdığı yeni reallıqlardan narahatdır. Bunu İran liderinin diplomatik tərzdə təhdid qarışıq gündəmə gətirməsi də təsdiqləyir.

Görüş sonrası İran mediası yazır ki, Ali dini lider Ərdoğana belə deyib: “Qarabağın Azərbaycana qaytarılmasından məmnunuq. Əlbəttə İranla Ermənistan arasında sərhədin bağlanması siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illərdir kommunikasiya yoludur”.

İran Zəngəzur dəhlizinə qarşıdır və bunu necəsə bu və ya başqa formada əsaslandırmağa çalışır. Ancaq Xomeyninin nə deməsinin heç bir mənası yoxdur. Məsələ ondadır ki, 10 noyabr bəyanatında bu məsələ öz əksini tapıb və başda Rusiya olmaqla Türkiyə, Ermənistan da bunu qəbul edib.

İrana gəldikdə isə, 1920-ci ildə regionda süni şəkildə dəyişdirilən siyasi reallıqları Tehran qəbul etdiyi kimi bugünkü reallıqları da qəbul etməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim    

Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Ən çox oxunanalar