Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AŞPA-dan növbəti anti-Azərbaycan qətnaməsi... - Diplomatik cəbhədə məğlubiyyətlərimiz nə qədər davam edəcək?

AŞPA-da və digər beynəlxalq təşkilatlarda davamlı olaraq ermənilərin mövqeyinin müdafiə olunmasını nəylə əlaqələndirmək olar?.

Politoloq: “Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında anti-Azərbaycan qətnaməsinin qəbul edilməsi narahatedici məqamdır. Qətnamənin bütün maddələri demək olar ki, Azərbaycanın əleyhinədir”.

“Vətən müharibəsində qazandığımız qələbədən sonra əsas məsələ diplomatik sahədə mövqelərimizin möhkəmlənməsidir. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır”.

Bu sözləri politoloq İlyas Hüseynov Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə qəbul etdiyi qətnaməni PİA.az-a şərh edərkən qeyd edib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) işə başlayan payız sessiyasında Azərbaycan əleyhinə ermənipərəst qətnamə qəbul edilib. Qətnamədə 1991-1994-cü illərdə baş verən birinci Qarabağ müharibəsi və 2020-ci ildə 44 günlük ikinci Qarabağ müharibəsi zamanı həlak olanlar, itkin, qaçqın, məcburi köçkün düşənlər, mədəni irsə dəyən ziyanlar, minalanmış ərazilər və digər məsələlər yer alıb. Demək olar ki, qətnamənin bütün maddələri Azərbaycanın əleyhinədir. Hiss olunur ki, AŞPA Ermənistanın irəli sürdüyü əssasız iddialar əsasında bu qətnaməni hazırlayıb və demək olar ki, Ermənistanın təbliğat maşının irəli sürdüyü büttün iddialar bu qətnamədə pzünə yer alıb.

Qeyd edək ki, 44 günlük müharibədə qazandığımız birmənalı qələbədən sonra diplomatik cəbhədə ağır döyüşlər verəcəyimiz əvvəlcədən aydın idi. İndi bu ağır döyüşlər gedir və çox təəssüf ki, Azərbaycan beynəlxalq hüquqa görə tam haqlı olduğu halda Azərbaycan diplomatiyası öz mövqelərini tam qoruya bilmir.

AŞPA-da və digər beynəlxalq təşkilatlarda davamlı olaraq ermənilərin mövqeyinin müdafiə olunmasını nəylə əlaqələndirmək olar? Cəbhədə böyük qələbə qazandığımız halda, diplomatik cəbhədə aldığımız məğlubiyyətlərin əsas səbəbi nədir? Bu Azərbaycan diplomatiyasının zəifliyidir, yoxsa obyektiv səbəblər var?

Azərbaycan əleyhinə qəbul edilən qətnamənin səbəblərini PİA.az-ın əməkdaşı politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Vətən müharibəsinin gedişində və daha sonra erməni təbliğat maşının irəli sürdüyü bütün fikirlər bu qətnamədə yer alıb”.

Cəbhədə böyük uğur əldə etdiyimiz halda diplomatik sahədə məğlub olmağımızın qəbuledilməz olduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, diplomatik sahədə məğlub olmaq yeni-yeni gərginliyin yaranmasına səbəb ola bilər:

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında anti-Azərbaycan qətnaməsinin qəbul edilməsi narahatedici məqamdır. Qətnamənin bütün maddələri demək olar ki, Azərbaycanın əleyhinədir. Bu qətnamə Ermənistanın əsassız irəli sürdüyü tezislər və iddialar əsasında hazırlanıb və qəbul edilib. Qətnamənin tərkibində erməni pərəst mövqe var. Sanki Vətən müharibəsinin gedişində erməni təbliğat maşının irəli sürdüyü bütün fikirlər bu qətnamədə yer alıb.

Qətnamadə demək olar ki, Azərbaycanın haqlı mövqeyi öz əksini tapmayıb və belə çıxır ki, Azərbaycan ərazilərinin 20%-nin işğal olunması beynəlxalq qüvvələr üçün çox normal və qəbul edilən vəziyyət olub. İndi isə müharibədən sonra dəyişən status-kvo Türkiyədən başqa bütün beynəlxalq gücləri narahat etməyə başlayıb. Bu narahatlıq heç də anlaşılan deyil və beynəlxalq hüququn bu qədər gözdən salınması ilk növbədə Qərb dəyərlərinə ziyan vurur.

Vətən müharibəsində qazandığımız qələbədən sonra əsas məsələ diplomatik sahədə mövqelərimizin möhkəmlənməsidir. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Çünki 27 sentyabra qədər bizim ən çox öyündüyümüz sahə diplomatik-siyasi cəbhə idi. Qarabağ məsələsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırılması nəticəsində mühüm qərar və qətnamələri qəbul olunmuşdu. Bu da münaqişənin hüquqi-siyasi bazasını təşkil edirdi. Bu baza sayəsində biz BMT-nin nizamnaməsinin 51-ci maddəsinə istinad edərək özünümüdafiə sistemindən istifadə edərək əks-hücuma əməliyyatına başladıq. Əks-hücum əməliyyatı da uğurla nəticələndi.

Cəbhədə böyük uğur əldə etdiyimiz halda diplomatik sahədə məğlub olmağımız qəbuledilməzdir. Diplomatik sahədə məğlub olmaq yeni-yeni gərginliyin yaranmasına səbəb ola bilər və münaqişənin uzanması ilə yanaşı Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbənin əhəmiyyətinin itməsinə səbəb ola bilıər. Bu gərginliyi minimullaşdırmaq üçün diplomatiyanın daha da kəskin və sərt addımlar atması mühum əhəmiyyət kəsb edir.

Açığı deyim ki, bu gün ən sərt diplomatiyanı da elə ölkə prezidenti aparır. Prezident öz iradəsini ortaya açıq şəkildə qoyub və Azərbaycanın bu iradədən geri çəkilməsi də mümkünsüzdür. Ona görə də diplomatiyamız daha dişli davranmalı və beynəlxalq hüqüq çərçivəsində qarşı tərəfi susdurmağa nail olmalıdır. Bu Azərbaycan diplomatiyasının bir nömrəli vəzifəsidir və Vətən müharibəsində əldə etdiyimiz mütləq qələbə diplomatiya cəbhəsində də mütləşdirilməlidir. Bizim üçün başqa bir alternativ, ya da yol oxdur.

İlyas Hüseynov: “Ermənistan tərəfi hər bir seqmentdə öz xislətindən geri çəkilmir və qeyri-humanist davranır”.

AŞPA-nın qəbul etdiyi qətnamədə davamlı olaraq üçtərəfli bəyanatın 8-ci maddəsinə istinad edilir. 8-ci maddə müharibənin fəsadlarının aradan qaldırılması istiqamətində əsir və itkin düşmüş şəxslərin qaytarılmasını özündə əks etdirir. 10 noyabr bəyanatından sonra Azərbaycan ərazisinə gələn diversant və terrorçu dəstələr, onların hüquqi təsiri bəyanatdan kənara çıxır. O terrorçular bilərəkdən Azərbaycan ərazisinə göndərilib və onların məqsədi orada destruktiv hərəkətlər etmək olub. Buna görə də Azərbaycan qanunvericiliyinə, həmçinin beynəlxalq hüquqa uyğun olaraq onlara ağır cinayət işləri açılıb.

Digər tərəfdən Azərbaycan erməni əsirləri Ermənistana qaytarıb və bunun nəticəsində minalanmış ərazilərin xəritələri, sxemləri Azərbaycana verilib. Amma bu xəritərlin doğruluq nisbəti 20-25 faizdir. Bu da onu göstərir ki, Ermənistan tərəfi hər bir seqmentdə öz xislətindən geri çəkilmir və qeyri-humanist davranır.

Bildiyimiz kimi 2010-ci ildən Azərbaycan AŞPA-nın tam hüquqlu üzvüdür. Bu dövrdə Azərbaycanın uğurları da olub. Azərbaycanın ərazi bütövlüyü dəstəkləyən, Ermənistanın pisləyən önəmli qətnamələr AŞPA-da qəbul olunub. Amma buna baxmayaraq bu təşkilat davamlı olaraq erməni lobbisinin təsiri altındadır. Ermənilər öz məqsədlərinə çatmaq üçün bütün məkirli addımları işə salırlar. Bunun nəticəsində Azərbaycana qarşı qərəzli qətnamələr qəbul olunur. Erməni lobbiləri çox ciddi şəkildə parlamentarilərə təsir göstərirlər. Daha doğrusu erməni diasporu Avropa partiyaları ilə sıx əməkdaşlıq və işbiriliyi içindədir. Lakin bu sehirli dairə artıq çözülməli və bunu da bizim diplomatlarımız və diaspor təşkilatlarımız etməlidir.

İlyas Hüseynov: “Diplomatiyamızın məğlubiyyətinin obyektiv səbəbləri olsa da, heç bir vəchlə diplomatik mübarizəni uduzmaq olmaz. Çünki Vətən müharibəsinin yekunlarını daha da dərinləşdirib və gücləndirməliyik ki, regiona daimi sülh gəlsin”.

AŞPA-nın qəbul etdiyi qətnamədə “Hərbi Qənimətlər parkı” ilə bağlı da fikirlər yer alır. Hərbi Qənimətlər parkında heç bir tərəfin şərəfinə, ləyaqətinə toxunan hər hansı nüans yoxdur. Buna görə də bu park heç bir tərəfi narahat etməməlidir. Əksinə “Qənimətlər parkı” real canlı tarixin sərgilənməsidir. Bunun anoloqu da bir çox ölkələrdə, həmçinin Fransa kimi Avropa ölkələrində var. Elə Ermənistan özü Birinci Qarabağ savaşından sonra işğal olunan ərazilərdə ələ keçirilən sovet avtomobillərinin dövlət seriya nömrələrini nümayiş etdirib öyünmürdümü?

Bu tipli məsələlərin siyasiləşməsi qərəzli xarakter daşıyır. Bu qərəzin aradan qaldırılması üçün fəaliyyət daha da genişləndirilməlidir­. Siyasi hücumlardan geniş şəkildə istifadə olunmalıdır. Diplomatiyamızın məğlubiyyətinin obyektiv səbəbləri olsa da, heç bir vəchlə diplomatik mübarizəni uduzmaq olmaz. Çünki Vətən müharibəsinin yekunlarını daha da dərinləşdirib və gücləndirməliyik ki, regiona daimi sülh gəlsin”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib

"Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay