Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arxeoloqlar Çində Tan sülaləsinə aid böyük məzarlıq kompleksi aşkar ediblər

Şansi Arxeologiya İnstitutunun alimləri Çində Tan sülaləsinə aid 58 məzar aşkar ediblər…

Poliqon.info xəbər verir ki, bu barədə Heritage Daily nəşri məlumat yayıb.

Qəbirlər qrupu düzbucaqlı, trapesiya və ya nizamsız formalı kiçik və orta ölçülü yeraltı məzarlıqdan ibarətdir.

Alimlər iki məzarda eramızın 795 və 810-cu illərinə aid daş epitafiyalar tapıblar ki, onlar Çin bürcünün on iki simvolu ilə əhatə olunmuş oymalarla bəzədilib.

Qazıntılar zamanı alimlər 300-dən çox artefakt aşkar ediblər. Çoxsaylı tunc güzgülər və bir neçə küp, sarı və ağ şirəli qab və kasalar… Güzgülər əsasən dəyirmi formadadır, bəzi nümunələr isə gülşəkillidir.

Qeyd edək ki, Tan sülaləsi eramızın 618-ci ildən 907-ci ilə qədər Çini idarə edib. Ondan sonra beş sülalə və on krallıq dövrü gəlib. Alimlər qeyd ediblər ki, aşkar etdikləri yer bu sülalənin dövründən Datonq şəhər rayonunda tapılmış ən böyük məzarlıqdır.

Yeni arxeloji kəşf Tan sülaləsinin siyasətini, iqtisadiyyatını, mədəniyyətini və dəfn adətlərini anlamaq üçün vacib məlumatlar verəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar