Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Arutunyan inteqrasiyadan imtina etdi... - Separatçıların bu mövqeyi gələcək üçün nə vəd edir?

Separatçıların başçısı bildirib ki, onlar Azərbaycanın inteqrasiya ilə bağlı təklifini rədd ediblər...

Siyasi-şərhçi: “Rusiya Müdafiə Nazirliyinin 5 martdakı insidentlə bağlı Azərbaycan tərəfini suçlamasından, atəşkəsi guya bizim hərbçilərin pozması ilə bağlı bəyanatından sonra separatçı rejiminin rəhbəri özündə “cəsarət” tapdı. Demək onu ipini əlinə yığdıqları Kreml danışdırır”.

“Arutyunyan sona qədər mübarizə aparacaqlarından və Azərbaycan tərəfin təklifini rədd etdiklərindən danışır, adama deyirlər sən kimsən?”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı separatçıların başçısı Araik Arutunyanın son bəyanatını Poliqon.info-a şərh edərkən qeyd edib.

Dünən separatçıların başçısı Araik Arutunyan bildirib ki, onlar Azərbaycanın inteqrasiya ilə bağlı təklifini rədd ediblər. Arutunyan bildirib ki, sona qədər mübarizə aparmaqda qərarlıdırlar. Separatçıların bu mövqeyi gələcək üçün nə vəd edir? Proseslərin sülhlə və inteqrasiya ilə inkişafı olmayacaqsa, Qarabağ ermənilərini nə gözləyə bilər?

Mövzunu Poliqon.info-un əməkdaşı AĞ Partiya sözçüsü, siyasi-şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Sülh sazişi üçün rəsmi Bakı cəhdlərini yenə də sürdürəcək. Sonda nəyəsə nail olunmasa, son sözü ordumuz deyəcək”.

Qarabağdakı separatçıların mövqeyinin heç nəyi həll etmədiyini vurğulayan ekspert qeyd edib ki, burada söz sahibi olan bir tərəf var. O da Azərbaycandır:

“Arayik Arutyunyanın bu sərsəmləmələrinə təəccüblənmək lazım deyil. Diqqət edin. Bu açıqlamalar nə vaxt verildi? Rusiya Müdafiə Nazirliyinin 5 martdakı insidentlə bağlı Azərbaycan tərəfini suçlamasından, atəşkəsi guya bizim hərbçilərin pozması ilə bağlı bəyanatından sonra separatçı rejiminin rəhbəri özündə “cəsarət” tapdı. Demək onu ipini əlinə yığdıqları Kreml danışdırır. İstədikləri vaxt bu ip çəkiləcək. Sadəcə son günlərdə Rusiya-Azərbaycan münasibətlərində bir qədər soyuq küləklər əsməyə başlayıb və dərhal da erməni xisləti işə düşüb.

Arutyunyan sona qədər mübarizə aparacaqlarından və Azərbaycan tərəfin təklifini rədd etdiklərindən danışır, adama deyirlər sən kimsən? Əslində bununla özünü tərəf kimi göstərməyə çalışır. Amma onu da yaxşı bilir ki, Azərbaycan tərəfi danışıqlar masasına onun “böyüyü” ilə oturur, bundan sonra da elə olacaq. Arutyunyan yuxuda əyləşdiyi o masa ətrafında heç zaman əyləşə bilməz. Azərbaycan tərəfi 3 min şəhidi ona görə verməyib ki, quldurbaşı masa ətrafına havadarları vasitəsilə gətirilsin. Arutyunyan sona qədər döyüşməkdən utanmadan danışır. Adama deyərlər ki, ay quldurbaşı, nə ilə döyüşəcəksən? Əslində burada da qondarma rejimi tərəf kimi göstərməyə çalışır.

Cavanşir Abbaslı: “Arutyunyan yuxuda əyləşdiyi o masa ətrafında heç zaman əyləşə bilməz. Azərbaycan tərəfi 3 min şəhidi ona görə verməyib ki, quldurbaşı masa ətrafına havadarları vasitəsilə gətirilsin”.

Rəsmi Bakının bu barədə mövqeyi açıq və netdir. Ali Baş Komandan başda olmaqla, dövlət rəsmiləri Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərinə orada yaşamalarını və onları öz vətəndaşı kimi qəbul etdiklərini bildirib. Bundan sonrakı seçim onlarındır. Qəbul edəcəklərsə, dinc şəkildə yaşayacaqlar, əks seçim etsələr də, o yerləri tərk etmək məcburiyyətində qalacaqlar. Bunun başqa yolu yoxdur.

Qarabağdakı separatçıların mövqeyi heç nəyi həll etmir. Burada söz sahibi olan bir tərəf var. O da Azərbaycandır. Son sözü Azərbaycan tərəfi deyəcək. Sülh sazişi üçün rəsmi Bakı cəhdlərini yenə də sürdürəcək. Sonda nəyəsə nail olunmasa, son sözü ordumuz deyəcək. Antiterror əməliyyatı ilə erməni terrorçularını Qarabağdan rədd edəcəyik”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar