Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Araz” Supermarketlər şəbəkəsi rüşvət verməkdə ittiham olunur

“Veysəloğlu” şirkətinə məxsus “Araz” Supermarketlər şəbəkəsi S.S. Axundov 3C ünvanında yeni filialını açmaq üçün “Prestij” MTK sakinlərinə rüşvət verdiyi iddia edilir

Buna səbəb kimi marketin bir neçə sənədinin yerində olmaması və bina sakinlərinin buna etirazı göstərilib.

Marketin içində fəaliyyət göstərəcək şirniyyat bölməsi üçün havalandırma sisteminin çəkilməsinə görə şikayət edən bina sakinlərinin onlardan rəsmi sənəd tələb etdiyi bildirilir.

“Havalandırma sisteminin çəkilməsi üçün Fövqaladə Hallar Nazirliyindən (FHN) təhlükəsizlik kağızı və aidiyyatı qurumlardan sağlamlıq kağızı olmalıdır. Gətirib qonşu pəncərənin altına sənədsiz, icazəsiz havalandırma bacasının qoymaq olmaz. Oradan çıxacaq havanın insan sağlamlığına zərərsiz olduğu haqda sənəd olmalıdır. Bundan başqa təhlükəsizliyi üçün (partlayış, yanğın və s.) nazirlikdən sənəd olmalıdır. Market bundan boyun qaçırır” – deyə bina sakinləri bildirib.

İddiaya görə, şirkətin satınalma direktoru bina sakinləri ilə razılığa gəlmək üçün onlara rüşvət təqdim edib. Belə ki, market, icazəsiz və qanuna zidd əməli üçün binaya 20 ədəd nəzarət kamerası, binanın ön girişinə şlaqbaum və mühafizəçi üçün binanın arxa tərəfinə nəzarət otağı yerləşdirməyi təklif edib. Bu təkliflə razılaşan bina sakinləri hazırda 20 ədəd kameranı market rəhbərliyindən alıb.

Bəzi bina sakinləri isə bunu qəbul etməyərək rəsmi sənəd tələb etməkdə israr etsələr də, şirkətin bunlara məhəl qoymadığı qeyd edilir.

Məsələ ilə bağlı şirkətin maketlərinin mətbuat xidmətinin rəhbəri Billurə Əmirova minval.info-ya açıqlamasında iddiaların əsassız olduğunu və artıq marketin fəaliyyət göstərdiyini söyləyib.

“Açılışda sakinlərin özləri də iştirak ediblər. “Araz” supermarketi ətrafda yaşayan sakinlərə böyük məmnuniyyətlə xidmət göstərir. Rüşvət faktından, 20 ədəd kamera məsələsindən söhbət gedə bilməz. Sadəcə, mağazanın təhlükəsizliyi üçün marketin ətrafına kameralar quraşdırmışıq. Orada şlaqbaum yoxdur. Biz obyekti mülk sahibindən bütün qayda-qanunla icarəyə götürmüşük. Şikayətlərin hamısı əsassızdır. Burada əvvəllər də market fəaliyyət göstərib. İlk vaxtlar sakinlər mağazada olacaq təndirin səsinə və qoxusuna görə narazıydılar. Biz səsboğucu cihazlar quraşdırdıq. Həmçinin qoxuya görə yaxın gələcəkdə lazım olan addımlar atılacaq. Bunun üçün filtr quraşdırılacaq”.

Müşahidə kameralarının bloku. Artıq bina komendantına təqdim olunduğu və komendantın otağında çəkildiyi bildirilir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

"Bakı marafonu 2023"ün qalibi: Hər şey mənim üçün asan oldu

Ən çox oxunanalar