Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Aquavita”da fəhlələrin maaşları verilmir – Şirkət rəhbərliyi qanunlara meydan oxuyur

Azərbaycanın tanınmış yerli şirkətlərindən biri olan “TAC” MMC-də işçilərin əmıək hüquqlarının kobud şəkildə pozulması barədə xəbər vermişdik. Bildirmişdik ki, el arasında “Aquavita” adı ilə tanınan şirkət son bir ildə gəlirlərini dəfələrlə artırmasına baxmayaraq, işçilərin maaşını aylarla gecikdirir.

AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, “Aquavita” əsaslı səbəb olmadan onlarla işçinin ötən ilin noyabr ayının maaşlarını tam ödəməyib. Zəhmət haqqısını ala bilməyən işçiləri işdən qovulmaqla hədələnir.

Günlük 12 saatlıq iş rejimi tətbiq edən şirkətdən işdən çıxan işçilərin isə maaşları verilmir.

AzToday.az-a daxil olan məlumatlarda bildirilir ki, “Aquavita” rəhbərliyi vergi və məcburi sosial ödənişlərdən yayınmaq üçün bəzi işçilərlə əmək münasibətlərini rəsmiləşdirmir. Leqal işçilərə isə minimum əmək haqqının yarısı səviyyəsində maaş yazılır ki, bu maaşlar hər ay ödənilir. Amma şirkətlə işçi arasındakı qeyri-rəsmi maaş sövdələşməsinə əməl olunmur. Belə ki, aylıq 500 manat maaş almalı olan işçi ayın sonunda 170 manat alır. Maaşın qalan əsas hissəsi isə aylarla gecikdirilir.

Son bir ayda maaş gecikməsi səbəbindən şirkəti onlarla işçi tərk edib. “TAC” MMC rəhbərliyi işdən çıxanların yerinə yeni “qurban”ları işə götürür.

Redaksiyamıza şikayət edən Dünyamin Abdullayev bu ay işdən çıxsa da, maaşını tam ala bilməyib. Şirkətə maaşını tələb etməyə gedəndə isə, mühafizəçilər onu şirkətin qapısından içəri qoymurlar…

“TAC” MMC ilə bağlı AzToday.az-a daxil olan şikayətləri müvafiq dövlət qurumlarına ünvanlamışıq. Ümid edirik ki, qanunlara meydan oxuyan şirkət rəhbərliyi ilə bağlı adekvat tədbirlər görüləcək.

Poliqon.info


Etiket: Aquavita maaş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar