Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AP deputatı: Onlar daha çox fəhlə sinfi uşaqlarını ətçəkən maşına atmaq istəyirlər

Avropa Parlamentinin İrlandiyadan olan üzvü Mik Uolles Estoniyanın daxili işlər naziri Lauri Laenemetsin səfərbərliyə məruz qalan kişilərin Ukraynaya köçürülməsi ilə bağlı bəyanatını kəskin tənqid edib...

Poliqon xəbər verir ki, deputat bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O bildirib ki, Avropa İttifaqı siyasətçiləri Ukraynada növbəti münaqişənin qızışdırılmasına görə cavab verməlidirlər.

"Biz bu insanların Estoniyada harada yaşadığını bilirik. Yəni onlar Ukraynada axmaq, qalib gəlməz NATO-ABŞ müharibəsini qızışdırmaqla daha çox fəhlə sinfi uşaqlarını ətçəkən maşına atmaq istəyirlər? Bu müharibəni dəstəkləyən avropalı siyasətçilər cavab verməlidirlər", deyə deputat yazıb.

Qeyd edək ki, bir müddətə əvvəl Ukraynanın müdafiə naziri Rustem Umerov Almaniyada yaşayan və hərbi xidmətə yararlı olan bütün kişilərin Silahlı Qüvvələrin sıralarına qoşulmalı olduğunu bildirib. Onun sözlərinə görə, Ukraynanın xaricdə yaşayan hərbi xidmətə çağırılan vətəndaşlarından çağırış məntəqələrinə gəlmələri xahiş olunacaq.

Hazırda Ali Rada ölkənin müdafiə idarələri ilə birlikdə kişilərin xaricdəən səfərbər edilməsi ilə bağlı qanun layihəsinin hazırlanması üzərində işləyir.

Almaniya hökuməti artıq ukraynalıları orduda xidmətə qayıtmağa məcbur etməyəcəklərini açıqlayıb. Sonradan məlum olub ki, Estoniya çağırışçı qaçqınları Ukraynaya təhvil verməyə hazırdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ən çox oxunanalar