Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ankara Suriyada terrorçulara dəstək olur” – Araz Əlizadədən böyük ittiham

Türkiyənin Suriya ərazisində hərbi əməliyyatlar aparılması düzgün deyil...

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Sosial Demokrat Partiyasının sədri, eks-deputat Araz Əlizadə deyib.

O, Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına, İdlib bölgəsində terrorçulara qarşı mübarizəsinə münasibətini bu cür ifadə edib:

“Türkiyə həmin bölgəyə özü gedib çıxıb. Rəsmi Ankaranı Suriya hökuməti dəvət etməyib. Amma Türkiyənin də bu bölgədə maraqları var, öz sərhədlərini qorumaq istəyir. Ona görə, İdlibə qoşunların yeridilməsi bir qədər məqsədəuyğundur. Lakin Suriya ərazisində hərbi əməliyyatların aparılması düzgün deyil. Soçi sazişinə görə, Türkiyə sərhədlərini qorumaq üçün terrorçuları oradan sıxışdırıb, çıxarmalı idi. Əslində isə terrorçulara dəstək olub, Suriya dövlət qoşunlarına qarşı döyüş aparırlar”.

Qeyd edək ki, Türkiyənin İdlibdə başladığı “Bahar qalxanı” hərəkatı nəticəsində 3 təyyarə, 8 helikopter, 3 PUA, 151 tank, 47 top, 8 havadan müdafiə raket sistemi, 12 tank əleyhinə silah, 4 minaatan, 24 zirehli maşın, 27 zirehli döyüş maşını, 34 silahlı aparat, 60 hərbi vasitə və 10 silah-sursat anbarı məhv edilib, 3138 rejim ünsürü zərərsizləşdirilib. (Modern.az)

pia.az


Etiket: Araz Əlizadə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Ən çox oxunanalar