Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anası aktyor olmağını istəmədi, 16 yaşından tum satdı

Ələsgər Məmmədoğlunun həyatı...

“AStar” layihəsinin budəfəki buraxılışı mərhum Əməkdar artist Əsgər Məmmədoğluya həsr edilib.

İstedadlı aktyor Ələsgər Məmmədoğlu kiçik, bəzən özünün də dediyi kimi, üçüncü dərəcəli rolların mahir ifaçısı olub. O, canlandırdığı epizodik rollarla yaddaşlarda qaldı. Aktyorun uşaqlıq illəri “Kubinka”da keçib. Dörd bacı, iki qardaş olublar. Atasını itirdikdən sonra ailəsinin yükü Ələsgərin çiyinlərinə düşüb. 16 yaşında işləməyə başlayan Ələsgər tum, dondurma sataraq ailəsinin dolanışığını təmin etməyə çalışıb.

Uşaqlıqdan teatr tamaşalarına baxmağı çox sevirmiş. Böyüyən zaman aktyor olacağına qərar verib. Lakin anası onun aktyor olmağını istəməyib. Sonra o, sənədlərini İncəsənət İnstitutuna verib. Gündüz Musiqili Komediya teatrında fəhlə, gecə isə Tədris Teatrında mühafizəçi olaraq çalışıb.

Aktyorun əsl adı Əsgər olub. Uşaqlıqda isə onun hamı “Xanlar” deyə çağırıb. “Bəyin oğurlanması” filmindəki Ələsgər obrazı çox sevildiyindən tamaşaçılar onu Ələsgər olaraq tanıyıblar.

Aktyor 1980-ci ildə məşhur aktyor Alen Delonun da rol aldığı “Tehran-43” filminə çəkilib. Lakin onun çəkildiyi səhnələrin bir çoxu filmdən çıxarılıb.

Verilişdə Xalq artisti Nurəddin Mehdixanlı və aktyorun oğlu Ceyhun Məmmədov da yer alıblar. Onlar mərhumla bağlı xatirələrini bölüşüblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar