Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Anar Məmmədov Bakıya qayıdır: Önəmli qonaqlarla…


Şüvəlanda Məmmədovlar ailəsinə aid olan möhtəşəm villa boşaldılıb və qonaqların gəlişinə hazırlanır


Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant Holdinq” şirkətinin rəhbəri Anar Məmmədov yaxın günlərdə Bakıya qayıdacaq. Bu barədə MilliYol.Az-a daxil olan məlumatda bildirilir.

Qeyd edək ki, Anar Məmmədov uzun müddətdir ki, ölkəni tərk edib. Onun ABŞ-da yaşadığı güman olunur. Son günlər isə Anar Məmmədovun təsisçisi olduğu “Garant Holdinq” şirkətinin bağlanması və şirkətin binasının “Paşa Holdinq” tərəfindən alınması barədə ölkə mətbuatında xəbərlər yayımlanıb.

Anar Məmmədovun Bakıya qayıtması ilə bağlı məlumt verən mənbə bildirib ki, keçmiş nazir oğlu bir iki günə Bakıya gələcək. Onu ABŞ-dan olan önəmli qonaqların müşahidə etməsi gözlənilir. Qonaqların yerləşdirilməsi üçün Ziya Məmmədovun Şüvəlandakı möhtəşəm villası hazırlanır. Mənbə bildirib ki, villada kosmetik xarakterli təmir işləri aparılırmış. Lakin Ziya Məmmədov təmirin dayandırılmasını və villanın boşaldılaraq qonaqlar üçün hazırlanmasını istəyib. 

Anar Məmmədovun qonaqlarının kim olması barədə isə mənbənin heç bir məlumatı yoxdur. Qonaqların kimliyi sirr kimi saxlanılır. Onların ancaq ABŞ-dan olan önəmli şəxslər olduqları haqqında sızıntılar mövcuddur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar