Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Allahşükür Paşazadə sabah Qazaxıstana gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 5-də Qazaxıstan Respublikasına səfərə yola düşür.

QMİ-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Qazaxıstan Senatının sədri Maulen Aşimbayevin dəvəti ilə baş tutan səfərdə məqsəd oktyabrın 6-da paytaxt Nur-Sultan şəhərində keçiriləcək Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XIX sessiyasında iştirak etməkdir.

Qazaxıstanın ümummilli lideri Elbası Nursultan Nazarbayevin xeyir-duası ilə keçirilən Dünya və ənənəvi din liderlərinin mütəmadi qurultaylarının daimi iştirakçısı və Qurultay Katibliyinin üzvü olan Şeyxülislam A. Paşazadənin 5-7 oktyabr tarixlərində Qazaxıstan paytaxtına həyata keçirəcəyi səfər çərçivəsində qardaş ölkənin yüksək məqam sahibləri və ölkənin dini lideri ilə görüşləri, Lev Qumilyov adına Qazaxıstan Avrasiya Universitetində mühazirəsi və aparıcı yerli media qurumlarına müsahibəsi nəzərdə tutulub.

QMİ sədri Şeyxülislam A. Paşazadənin Nur-Sultana səfər müddətində Qazaxıstanda yaşayan azərbaycanlı soydaşlarımızla görüş, Vətən müharibəsinin birinci ildönümünü ilə əlaqədar Vətən şəhidlərinin anım mərasimləri təşkil ediləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar