Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin nümayəndəsi ilə görüşüb

İyunun 11-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin BakıAzərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin Birinci Fəxri xiyabanda məzarını ziyarət edib, əklil qoyub və mərhumun ruhuna dualar oxuyub.

Bu barədə PİA.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Daha sonra Qafqaz Müsəlmanları İdarəsində Rus Pravoslav Kilsəsinin rəsmisi ilə görüş keçirilib.

Rus Pravoslav Kilsəsinin BakıAzərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinin vəfatının ildönümü münasibətilə Bakıya gələn Pyatiqorsk və Çerkessk Arxiyepiskopu Feofilaktı qəbul edən QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Aleksandr Atanın Azərbaycanda dinlərarası münasibətlərin, multikulturalizmin inkişafında, AzərbaycanRusiya arasında dostluq münasibətlərinin bərqərar olmasında rolundan, Azərbaycanda dinlərarası qardaşlıq və əməkdaşlıq mühitinə töhfələrindən danışıb. Qeyd edib ki, Rus Pravoslav Kilsəsinin BakıAzərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein 1998-ci ildə təsis edilmiş Bakı yeparxiyasının yepiskopu, 2012-ci ildən Arxiyepiskop statusunda ali din xadimi kimi səmərəli fəaliyyət göstərib, Azərbaycan cəmiyyətinin ehtiramını qazanıb, dövlətimizin ali mükafatları ilə təltif edilib.

Şeyxülislam A.Paşazadə Arxiyepiskop Aleksandrla qardaşlıq münasibətlərini yüksək dəyərləndirdiyini, onun Qafqaz Müsəlmanları İdarəsi ilə Rus Pravoslav Kilsəsi arasında dini-mənəvi əlaqələrin inkişafında böyük rolu olduğunu bildirdi. Moskva və bütün Rusiya Patriarxı Kirillə salamlarını yetirən QMİ sədri ümidvar olduğunu bildirdi ki, bu əlaqələr bundan sonra da davam və inkişaf edəcəkdir.

Pyatiqorsk və Çerkessk Arxiyepiskopu Feofilakt, öz növbəsində, Şeyxülislam A.Paşazadəyə mərhum Arxiyepiskop Aleksandr həzrətlərinə hər zaman dəstək olduğuna görə təşəkkürlərini bildirək, Rus Pravoslav Kilsəsində hər zaman bu amili yüksək dəyərləndirdiklərini ifadə edib. Özünün Qafqaz bölgəsində fəaliyyət göstərdiyini vurğulayan Arxiyepiskop Feofilakt A.Paşazadəni Böyük Qafqazın ən böyük din xadimi kimi səciyyələndirdi. Bildirdi ki, dünyada xalqları düzgün yola yönəldən belə müdrik və məsuliyyətli din xadimlərinə böyük ehtiyac vardır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Tanınmış tarixçi, professor Şahin Fazil vəfat edib

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Türkiyəli nazir Azərbaycana təşəkkür etdi - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Ən çox oxunanalar