Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksey Navalnının yeri bilinmir

Almaniya hökuməti Rusiya müxalifətinin lideri Aleksey Navalnının qaldığı yerlə bağlı suala cavab verməyib.

PİA.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert A.Navalnının qısa müddətdə sağalmasını diləyib və Rusiyadan baş vermiş hadisəyə cavab verməsini istəyib.

O, sentyabrın 23-də keçirdiyi brifinqdə deyib: “Navalnının qaldığı yer, gələcək planları haqqında ondan və komandasından soruşmalısınız. Mən buna cavab vermirəm”.

A.Navalnının isə bu gün “Facebook”da özünün parkdakı şəkli ilə birgə paylaşım edərək reabilitasiyası barədə izləyicilərinə məlumat verib:

“Dünən neyropsixoloq gəlmişdi, ağlımı itirib-itirmədiyimlə bağlı test keçirirdi. Ondan soruşuram ki, sadəcə fiziki baxımdan deyil, həm də ağıl baxımdan bərpa olmaq üçün nə etmək lazımdır. Cavabını bəyəndim: çoxlu oxuyun, sosial şəbəkədə yazın. Videooyun oynayın. Gərək öyrənim, xəstəxanadan “PlayStation 5” üçün resept ala bilərəmmi”.

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilib. Bir müddət sonra onu Almaniyaya aparıblar. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb. O, sentyabrın 23-də isə Almaniyanın “Şarite” klinikasından evə buraxılıb.(Report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar