Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aleksey Navalnı: “Lənət gəlmişlər, geri qayıdın...”

Müxalif siyasətçinin kamerasında həddindən artıq gur və parlaq yanan lampalar quraşdırılıb...

Rusiya müxalifətinin lideri Aleksey Navalnı Rusiyanin İctimai Nəzarət Komissiyasının (İNK) üzvlərinin onu ziyarətindən sonar həbsxanadakı saxlanma şəraitinin daha da pisləşditrini bildirib.

PİA.az xəbər verir ki, bu barədə Aleksey Navalnının telegram kanalında məlumat yayılıb.

Müxalif siyasətçinin sözlərinə görə, ona dərman verməkdən imtina edilib kamerada həddindən artıq gur və parlaq yanan lampalar quraşdırılıb.

Navalnının İctimai Nəzarət Komissiyasına ünvanladığı müraciətdə deyilir:

“Hesabatınızın sonuna “Yalnız işıqlandırma ilə bağlı problem var” ifadəsini əlavə etdiniz. Buna görə də, sizin səfərinizdən sonra 2x3 metrlik kamerama nəhəng lampanın qoyulması istisna olmaqla, heç nə dəyişmədi. Hətta sizin gətirdiyiniz dərmanlar belə mənə verilməyib. Kameramdakı çox parlaq lampa isə gecə-gündüz yanır. Buna görə də təbii işıqlandırmam yox olub. Mənim kameramda süni işıqlandırma o qədər güclüdür ki, istənilən əməliyyat otağı buna həsəd aparar”.

Navalnı qeyd edib ki, bu gur işıq onun kamerasında 16 saat yanır və belə davam edərsə, o, üç ay ərzində kor ola bilər.

“Lənət gəlmişlər, geri qayıdın və hər şeyi əvvəlki qaydaya qaytarın”, deyə Aleksey Navalnı İctimai Nəzarət Komissiyasına səslnib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

İbrahim Rəisinin ölümü Xameneyinin oğlunun mövqelərini gücləndirib

Ən çox oxunanalar