Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AK: “Azərbaycan kimi etibarlı qaz təchizatçılarına keçid üzərində işləyirik”

Avropa Rusiya qazından ABŞ, Norveç, Azərbaycan, Əlcəzair və s. kimi digər etibarlı təchizatçılara keçid etmək üçün tədbirlər görür”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula Fon der Lyayen bildirib.

"Rusiya qazından ABŞ, Norveç, Azərbaycan, Əlcəzair və s. kimi digər etibarlı təchizatçılara keçmək üçün səylə çalışırıq. Əslində, hazırda Norveç Avropa İttifaqına (Aİ) Rusiyadan daha çox qaz tədarük edir", - o deyib.

Ursula fon der Lyayen Rusiyanın etibarsız təchizatçı olduğunu və qaz bazarını aktiv şəkildə manipulyasiya etdiyini vurğulayıb. Onun sözlərinə görə, son 6 ay ərzində Rusiyanın iqtisadiyyata və Avropaya təsirini xeyli zəiflətmək mümkün olub.

Avropa Komissiyasının lideri bununla bağlı atılmış 3 addımı açıqlayıb. Bu siyahıya tələbin azaldılması, Rusiyanın enerji resurslarından mərhələli şəkildə imtina olunması, həmçinin bərpa olunan enerji mənbələrinə geniş investisiya qoyuluşu daxildir.

Ursula fon der Lyayen mövcud vəziyyətin elektrik enerjisi bazarına təsirindən də danışıb: "Hazırda biz ev təsərrüfatları və şirkətlər üçün elektrik enerjisinin astronomik qiymətləri, eləcə də bazarın böyük volatilliyi ilə üzləşirik. Buna görə də biz 5 fərqli tədbirlər paketi təklif edəcəyik".

Onun sözlərinə görə, bu 5 paket Aİ-nin enerji nazirlərinin sentyabrın 9-da keçiriləcək görüşündə müzakirə olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Ən çox oxunanalar