Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AK Avropada su ilə bağlı münaqişələrin riski barədə xəbərdarlıq edib

Aİ ölkələri iqlim dəyişikliyi və su qıtlığına səbəb olacaq intensiv quraqlıqlar fonunda mübahisəyə başlaya bilər...

Poliqon xəbər verir ki, bu barədə Politico qəzeti Avropa Komissiyasının (AK) proqnozuna istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, müvafiq proqnoz gələn həftə kommünikedə açıqlanacaq.

Avropa Komissiyası hesab edir ki, su çatışmazlığı Aİ vətəndaşlarının həyatının bütün aspektlərinə, o cümlədən qida və içməli resurslar, infrastruktur, səhiyyə və iqtisadiyyata təsir göstərəcək. Eyni zamanda su uğrunda rəqabət getdikcə güclənəcək.

“Bu risklər müxtəlif formalarda özünü göstərə bilər ki, bunlardan bəziləri sektorlar və istifadəçilər arasında su ehtiyatları uğrunda artan rəqabət, o cümlədən transsərhəd su ehtiyatları ilə bağlı üzv dövlətlər daxilində və arasında potensial münaqişə riskini yaradır”, deyə nəşr sənəddən sitat gətirir.

Avropa Komissiyasının fikrincə, Aİ hökumətləri iqlim dəyişikliyi ilə mübarizə üçün hazırlıqları sürətləndirməlidir, çünki su çatışmazlığından əlavə, 36 əsas risk müəyyən edilib və onlardan bəziləri artıq fəlakətli səviyyədədir və yüksək dərəcədə təcilidir. Xüsusilə, söhbət meşə yanğınları, xəstəliklər, məhsul itkisi və həddindən artıq istidən kütləvi ölümlərdən gedir.

Qeyd edək ki, daha əvvəl Britaniyanın Financial Times qəzeti ekspert məlumatlarına istinadən 1976-2006-cı illərdə Avropa ölkələrində quraqlıqların sayı və intensivliyinin təxminən 20% artdığını və bu rəqəmlərin artmaqda davam etdiyini yazıb. Nəşr həmçinin qeyd edib ki, şirin suya qlobal tələbat durmadan artır. Mütəxəssislərin fikrincə, 2030-cu ilə qədər təlabat mövcud təklifi 56% ötəcək.

Eyni zamanda Ümumdünya Meteorologiya Təşkilatı (WMO) xəbərdarlıq edib ki, qlobal istiləşmə artıq buzlaqların əriməsinə səbəb olub. Meteoroloqlar Aİ-də istilərin bütün rekordları qırmağa davam edə biləcəyini proqnozlaşdırırlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Banklar geri çəkilir, Çin şirkətləri Rusiya ödənişlərində "yeraltına" köçür...

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Ən çox oxunanalar