Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Aİ liderləri ikinci dəfə Orbanı razı salmağa çalışacaq

Brüsseldə keçiriləcək fövqəladə sammitdə Avropa İttifaqının 26 dövlətinin başçıları Macarıstanın baş naziri Viktor Orbanı Ukraynaya növbəti 4 il üçün 50 milyard avro məbləğində yeni yardım proqramı təqdim etməyə razı salmağa ikinci cəhddə çalışacaqlar...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb.

Avropa İttifaqının yüksək rütbəli rəsmisinin sözlərinə görə, dekabr sammitindən sonra Brüssel və Avropa İttifaqına üzv ölkələr Macarıstan hakimiyyəti ilə intensiv danışıqlar aparsalar da, hələ də Orbanı vetonu aradan qaldırmağa razı sala bilməyiblər. Rəsmi qeyd edib ki, Avropa İttifaqı Kiyevə 50 milyard avroluq yardımı təsdiqləmək üçün Budapeştə təzyiq etmək niyyətində deyil və 27 üzv dövlətin hamısının iştirakı ilə yekdil razılıq əldə etməyə çalışacaq.

Avropa İttifaqı nümayəndəsi bildirib ki, Macarıstan vetosunu ləğv etməyə hazırdır, ancaq digər alyans dövlətləri üçün qəbuledilməz olan şərtlər yerinə yetirilərsə.

Daha əvvəl məlumat verilmişdi ki, Macarıstanın baş naziri Viktor Orban 2023-cü ilin yazında parlamentin qapalı iclası zamanı Ukraynanın Avropa İttifaqına qoşulmasının Avropada qüvvələr balansını pozacağını və ABŞ-ın qitədə təsirinin artmasına səbəb olacağını iddia etmişdi.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı qərar verdi

Qətlə görə saxlanılan direktor müavini imiş - Yenilənib, Foto

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Sabirabadda dəfn olundu, Bakıda televizor alanda tutuldu

Natiq Miri: Hər tərəfdə kim nə düşünürsə düşünsün, Azərbaycana möhtacdırlar...

Ceyhun Bayramovla ATƏT sədri arasında görüş keçirilib - Yenilənib

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı qərar

Putin Peskovla bağlı qərarını açıqladı - Foto

Ən çox oxunanalar