Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AGF Junior Trophy beynəlxalq turnirinin ip, top, gürz və lentlə hərəkətlərdə qalibləri mükafatlandırılıb - Foto

Milli Gimnastika Arenasında qaliblərin mükafatlandırma mərasimi keçirilib

Bu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirinin ip, top, gürz və lentlə hərəkətlərdə qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Bildirlir ki, iplə hərəkətlərdə qaliblərə və mükafatçılara mükafatları bədii gimnastika üzrə ikiqat Olimpiya çempionu Evgeniya Kanayeva, Azərbaycan Gimnastika Federasiyasının menecerləri Sara Zeynalova və Radeli Vişnevski təqdim ediblər.

Topla hərəkətlərdə qaliblərə və mükafatçılara mükafatları bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi Mariana Vasileva, Azərbaycan Gimnastika Federasiyasının meneceri Namiq Bədirxanov, Milli Gimnastika Arenasının deirektorunun müavini Nərminə Quliyeva təqdim ediblər.

Gürzlə hərəkətlərdə medallar qazanan gimnastları Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev, Azərbaycan Gimnastika Federasiyasının menecerləri Viktoriya Abuşovaa və Bikə Abdullayeva təqdim ediblər.

Lentlə hərəkətlərdə qaliblərə və mükafatçılara medalları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, Azərbaycan Gimnastika Federasiyasının meneceri Fatimə Şəfizadə, "Ocaq Sport" klubunun direktoru Surxay Qarayev veriblər.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.(Trend.az)

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toy yarıda kəsildi - Video

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

HƏMAS İsraillə atəşkəsə razılaşıb - Yenilənib

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Ən çox oxunanalar