Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdamda yaradılacaq Müştərək Müşahidə Məntəqəsi gündəmdən çıxarılır? - Ərdoğan nə demək istəyir?..

Ərdoğan və Çavuşoğlu Dağlıq Qarabağda yaxın gələcəkdə sülhməramlılara ehtiyac olmayacaq deməklə nəyə işarə edirlər?.. 

Hərbi ekspert: “İstənilən halda sülhməramlıların Qarabağ fəaliyyəti bəlli bir müddət üçün nəzərdə tutulub”.

“Bu bəyanatlar Rusiyanın Qarabağda köklü şəkildə yerləşməməsi üçün bir siqnal hesab olunmalıdır”.

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev Türkiyə tərəfindən səsləndirilən Qarabağda yaxın gələcəkdə sülhməramlılara ehtiyac olmayacaq fikirlərinə münasib bildirərkən qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün Teleqram kanalında Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarına dair məlumat yayıb.

Pezidentlər Qarabağda atəşkəsə nəzarət və bütün hərbi əməliyyatlara dair Rusiya-Türkiyə Monitorinq Mərkəzinin formalaşdırılmasını müzakirə ediblər.

“Bu gün Rusiya Prezidenti Putinlə telefon danışığımız oldu. Cənab Putin ilə Türkiyə və Rusiya əlaqələrinin gücləndirilməsinə dair çağırışlara yönəlik addımları müzakirə edib, Dağlıq Qarabağ mövzusundakı gəlişmələr ilə atəşkəsə nəzarət olunmasına yönəlik türk-rus ortaq mərkəzinə dair dəyərləndirmələr apardıq.

Türkiyənin bölgədə sabitliyi qoruyacağını və hər cür dəstəyi verməyimizin lazım olduğunu, sülh adına yeni dövrün başladığını söylədik.

Dağlıq Qarabağda sülhməramlı və müşahidə fəaliyyətinə ehtiyac olmadan birlikdə mövcudluğu təmin edəcək şərait yaratmaq istəyirik. Belə olduqda, inşallah, bir daha dünyaya Türkiyə-Rusiya tərəfdaşlığının konstruktiv nəticələrini göstərəcəyik”, - Ərdoğan bildirib.

Xatırladaq ki, Dağlıq Qarabağda yaxın gələcəkdə sülhməramlılara ehtiyac olmayacağını bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da demişdi. Ərdoğan və Çavuşoğlu bu sözləri ilə nəyə işarə edirlər? Artıq demək olarmı ki, Ağdamda yaradılacaq olan Müştərək Müşahidə Məntəqəsi ilə bağlı məsələ gündəmdən çıxarılır və belə bir məntəqə yaradılmayacaq?

Qarabağdakı sülhməramlıların gələcək fəaliyyətini PİA.az-ın əməkdaşı hərbi ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Bu heç də Ağdamda yaradılacaq birgə Müşahidə Məntəqəsinin yaradılmayacağı demək deyil”. 

Ağdamda fəaliyyət göstərəcək Müşahidə Məntəqəsinin inzibati binasının hazır olduğunu nəzərə çatdıran ekspert PİA.az-a bildirib ki, məntəqənin fəaliyyəti Rusiya sülhməramlılarının təyin olunmuş ərazilərdə fəaliyyətlərinin daha ciddi surətdə nəzarətdə saxlamasına imkan verəcək:

“İstənilən halda sülhməramlıların Qarabağ fəaliyyəti bəlli bir müddət üçün nəzərdə tutulub. Bu razılaşmaya görə hələ ki, 5 il nəzərdə tutulub. 5 ildən sonra tərəflərdən hansısa biri, bu fəaliyyətin dayandırılmasını tələb edərsə, Rusiya sülhməramlıları həmin ərazidən çıxmalı və əraziləri Azərbaycana təhvil verilməlidir.

Düşünürəm ki, bu bəyanatlar Rusiyanın Qarabağda köklü şəkildə yerləşməməsi üçün bir siqnal hesab olunmalıdır. Azərbaycan qanunvericiliyi də onun ərazisində digər ölkənin silahlı qüvvələrinin yerləşməsinə imkan vermir. Sülhməramlı fəaliyyət isə hər üç ölkə rəhbərliyi tərəfindən razılaşdırıldığı üçün təyin olunan müddət ərzində fəaliyyətini bitirib, sonra da Azərbaycan ərazisini tərk etmək məcburiyyətindədir.

Ədalət Verdiyev: “Azərbaycan qanunvericiliyi onun ərazisində digər ölkənin silahlı qüvvələrinin yerləşməsinə imkan vermir”.

Lakin bu heç də Ağdamda yaradılacaq birgə Müşahidə Məntəqəsinin yaradılmayacağı demək deyil. Həmin məntəqə yaradılacaq. Çox böyük ehtimalla bu ayın axırı və gələn ayın əvvəlinə qədər Müşahidə Məntəqəsi aktiv fəaliyyətinə başlayacaq. Nəzərinizə çatdırım ki, həmin fəaliyyət məntəqəsinin Azərbaycanda fəaliyyət göstərməsi üçün Türkiyə Böyük Millət Məclisi qanun qəbul edib. Bu qanun da Türkiyə prezidenti tərəfindən imzalanıb.

Artıq Ağdamda fəaliyyət göstərəcək Müşahidə Məntəqəsinin inzibati binası hazırdır. İndiki dövrdə isə həmin Müşahidə Məntəqəsinə aparılan əlaqə yollarının və ətrafının minalardan təmizlənməsi həm Rusiya, həm Azərbaycan, həm də Türkiyə heyətləri tərəfindən həyata keçirilir. Məntəqənin fəaliyyəti Rusiya sülhməramlılarının təyin olunmuş ərazilərdə fəaliyyətlərinin daha ciddi surətdə nəzarətdə saxlamasına imkan verəcək”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar