Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdam, Füzuli və Zəngilanda yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir...

FHN-dən Poliqon-a verilən məlumata görə, bu çərçivədə, Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində, Zəngilan rayonunun Ağalı kəndində yerləşən “Gill MED” MMC Steril və Qeyri Steril Tibbi Vasitələrin İstehsalı Müəssisəsinin filialında, Ağalı kənd Ailə Sağlamlıq Mərkəzində, “Horadiz-Əhmədbəyli-Mincivan- Ağbənd avtomobil yolunun tikintisini icra edən “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkətinin və FüzuliZəngilan rayonlarının ərazisində “Horadiz-Ağbənd” dəmiryolu xəttinin tikinti işlərində çalışan fəhlə və qulluqçular arasında, AğcabədiBərdə Meşə Təsərrüfatı mərkəzlərinin ərazisində yerləşən obyektlərdə yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Həmçinin, Bərdə Rayon İcra Hakimiyyəti başçısının Mollalı, Şirvanlı, Kolayır və Mehdixanlı kəndləri ərazi inzibati vahidi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin və kənd əhalisinin iştirakı ilə keçirilən tədbirlərdə həyətyanı sahələrdə ot tayalarının yığılması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, biçilmiş taxıl sahələrinin yandırılmamasının vacibliyi vurğulanıb, meşələrdə yanğından mühafizə məqsədilə şumlama işləri görülüb.

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Natiq Cəfərli: Gələcəkdə Rusiya iqtisadiyyatında dərin böhran dalğaları yaranacaq...

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar