Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağdaban faciəsini şahidi qətliamdan danışdı: “Şəhidlərimiz yola səpələnmişdi, maşında 3 meyit qalmışdı”

“Hiyləgər düşmən yolla gedən yaralı kənd sakinini görür və öldürmür. Həmin sakin hələ də həyatdadır. Çünki, ermənilər bilirdilər ki, kəndin mühafizəsi üçün dəstəyə gələnlər olacaq və həmin yaralını görənlər kəndə yolla gəlməli olacaq.”

Bunu APA-ya Kəlbəcər rayonunun Ağdaban kənd sakini Kəmaləddin Məmmədov aprelin 8-də Ağdabanda ermənilərin qarşısını almaq üçün kəndə köməyə gələn qonşu Kərəmli kəndinin sakinlərinin ermənilər tərəfindən qətlə yetirilməsi hadisəsini danışarkən deyib. O əlavə edib ki, həmin qətliamda onun qohumları və doğmaları da olub:

“Onların planı elə bu idi ki, köməyə gələnləri pusquya salıb qətlə yetirsinlər. Köməyə gələnlər bizim kəndimizdən bir neçə nəfər, eləcə də Kərəmli kəndinin sakinləri idi. Ələsgər əmim də, dayım oğlu, bacımın yoldaşı həmin maşında idilər. 14 nəfər idilər. Sağ qalmağa çalışanlar da olmuşdu. Meyitləri götürəndə dəhşətə gəldik. Eləsi var idi, ayağı yox idi, qumbaraatanla vurmuşdular. Şəhidlərimiz yollara səpələnmişdi, maşında 3 meyit qalmışdı”.

Ağdaban kənd sakini Kəmaləddin Məmmədov onu da vurğuladı ki, kəndin işğalı zamanı ermənilər “BMP” adlanan zirehli piyada maşınından da istifadə ediblər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

40 yaşından sonra ana olan məşhurlarımız - Siyahı

Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib

"Neftçi" - "Sabah" oyununun yeri növbəti dəfə dəyişdirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay