Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Ev: Rusiya və İran müdafiə sektorunda əməkdaşlığı dərinləşdirir

İran və Rusiya arasında müdafiə sahəsində əməkdaşlıq dərinləşir. Bunun bariz sübutu Tehranın Moskvaya tədarükünü davam etdirdiyi pilotsuz təyyarələrdir...

Poliqon "Amerikanın Səsi" radiostansiyasına istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi brifinqdə Vladimir Putinin iranlı həmkarı İbrahim Rəisi ilə görüşünü şərh edərkən deyib.

Qeyd olunur ki, Rusiya Federasiyası ilə İranın müdafiə sahəsində əməkdaşlıqda yaxınlaşması uzun aylar əvvəldən qeydə alınıb. Hər iki ölkə hərbi potensialın bu artımından qazanc əldə etməyə çalışır.

"Bunun bariz sübutu İranın Rusiyaya təqdim etdiyi pilotsuz təyyarələrdir. İndi də onlar Moskvaya Rusiya torpaqlarında istehsal müəssisələri yaratmaqda kömək edirlər ki, o, ukraynalılara və Ukrayna infrastrukturuna hücumda davam edən İran pilotsuz təyyarələrinin modellərini istehsal edə bilsin", deyə Kirbi vurğulayıb.

Kirbi qeyd edib ki, ABŞ-ın İranın bu tərəfdaşlıqdan "müasir Rusiya hərbi aktivləri, hücum helikopterləri, ola bilsin ki, sabit qanadlı təyyarələr, qanadlı raketlər və yaxud ballistik raketlər" istədiyini düşünməyə əsasları var.

"Mən deyə bilmərəm ki, biz bu cür müdafiə vasitələrinin hərəkətinə dair real sübutlar görürük. Lakin bu iki ölkə arasında müdafiə əlaqələri aydın şəkildə dərinləşir", deyə Ağ Ev rəsmisi bildirib.

Eyni zamanda, ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi qeyd edib ki, bu cür əməkdaşlıq təkcə Ukrayna üçün deyil, həm də Yaxın Şərq sakinləri üçün təhlükə yaradır. İranın əldə etdiyi imkanlar onun sabitliyi pozan fəaliyyətini daha da artırır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Ən çox oxunanalar