Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADY: "Ağstafa və Qəbələyə bayram günlərində əlavə qatar reyslərinin sayı artırılıb"

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günləri ilə bağlı artan sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə 26, 27, 28, 29, 30 iyun və 1, 2 iyul tarixlərinə əlavə qatar reysləri təyin edib.

Poliqon.info bu barədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, müvafiq tarixlərdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də, Ağstafa-Bakı istiqaməti üzrə Ağstafadan saat 16:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:55-də çatacaq.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün 16 manat, Bakı-Gəncə istiqaməti üçün isə 15 manat təşkil edir.

Xatırladaq ki, iyulun 3-dən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə sürətli sərnişin qatarları yeni hərəkət qrafikinə uyğun hərəkət edəcəklər. Belə ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzilbaşına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

Bununla yanaşı, bayram günləri Bakı-Qəbələ-Bakı istiqaməti üzrə ümumilikdə 10 əlavə qatar reysi təyin edilib. 26, 27, 28, 29 və 30 iyun tarixlərində Bakı-Qəbələ-Bakı istiqamətlərində əlavə reys üzrə Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşən sürətli sərnişin qatar Qəbələyə saat 10:50-də, əks istiqamətdə saat 19:30-da Qəbələ Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat 22:50-də çatacaq.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 manat təşkil edir.

Qeyd edək ki, 26 iyun – 2 iyul tarixlərində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlar qeyr-iş günlərinin qrafikinə uyğun ənənəvi qaydada hərəkətdə olacaq.

Poliqon.info 


Etiket: ADY


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Kürdəmirdə arvadı evdən gedən kişi canına qəsd etdi

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb    

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Bank kartlarına kiberhücumlar edərək külli miqdarda pulları ələ keçirən dəstə üzvləri həbs edilib

Ələt-Osmanlı-Astara dəmir yolu xətti yenidən qurulur

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim    

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Dövlət başçısı: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Ən çox oxunanalar