Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ADB prezidenti: “Qlobal ticarət və təchizat zəncirləri həssasdırlar”

Tbilisidə Asiya İnkişaf Bankının (ADB) “Gələcəyə körpü“ şüarı altında keçirilən Rəhbərlər Şurasının sessiyası gələcəyə körpü qurmaq üçün birlikdə necə işləyə biləcəyimizi düşünməyi təklif edir.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB prezidenti Masatsuqu Asakava sessiyanın açılışında çıxış edərkən bildirib.

“Qida sistemləri həssasdır, 2023-cü il ən isti il ​​idi. Bunlar, bir çox sahələrdə - ərzaqdan infrastruktura qədər və digər sahələrdə böyük təhlükədir. Gələcək bizim bu çağırışlara necə cavab verə biləcəyimizdən asılıdır”, - o bildirib.

ADB prezidenti vurğulayıb ki, qlobal ticarət və təchizat zəncirləri həssasdır: “Sərbəst ticarət və kapitalın sərbəst hərəkəti irəliyə doğru yoldur. 2023-cü il tarixin ən isti ili olub. Biz bunun insanlara təsirini və gələcək inkişaf üçün risklərini görürük. Bitkilər və qida sistemləri getdikcə daha həssas olur. Buzlaqların əriməsi çayların aşağı axınında böyük dağıntılara səbəb olur”.

M.Asakava müasir problemlərin həllində süni intellektin rolunu da qeyd edib.

ADB prezidenti bildirib ki, bank rəqəmsal bərabərsizliyin aradan qaldırılması və süni intellektin gücündən istifadənin daha firavan gələcəyin açarı olduğuna inanır.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Ən çox oxunanalar