Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Açıq-aşkar dələduzluqla məşğul olan üzdəniraq teleradio işçiləri var”

“Bu gün telekanallarda peşəkar kadrların qıtlığı açıq-aşkar hiss olunur”

Bunu Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini Qafar Cəbiyev deyib.

O bildirib ki, təkcə aparıcılar deyil, ümumilikdə, digər sahələrdə də peşəkar televiziya kadrlarının çatışmaması hazırkı dövrdə televiziyaların, həmşinin radioların da bir nömrəli probleminə çevrilib.

Q.Cəbiyev vurğulayıb ki, teleradio işçiləri içərisində təsadüfi insanların da olması təəssüf doğurur: “Bəli, nə qədər təəccüblü olsa da, efir imkanlarından sui-istifadə edən, kamera və mikrofonları işə salaraq “ağa nəzərəm, belə gəzərəm” düşüncəsi ilə davranan, vəzifə borcunu unudaraq açıq-aşkar dələduzluqla məşğul olan üzdəniraq teleradio işçiləri də var. Halal və qanuni fəaliyyət yolu ilə Vətənə və xalqa xidmət etməyi bacarmayan, bu üzdən də ölkədən qaçıb ayrı-ayrı antiazərbaycan yuvalarında gizlənərək dağıdıcı və düşmən dairələrin əlində oyuncağa çevrilmiş bir para üzdəniraq qələm və mikrofon sahibləri də artıq çoxdandır ki, qırmızı xətti keçiblər.

Əlbəttə, belələrinin kimliyi, çağırışlarının məqsədi, fəaliyyətlərinin bütünlüklə etik və hüquq normalarına zidd olduğu və nəhayət, onları istiqamətləndirərək maliyyələşdirənlər Azərbaycan mediası, o cümlədən ölkənin teleradio camiəsində birləşən sədaqətli və peşəkar insanlar tərəfindən tam təfsilatı ilə araşdırılaraq cəmiyyətə təqdim olunmalıdır. Mən o fikirdə deyiləm ki, bu gün Azərbaycanın teleradio məkanında hər şey qaydasındadır. Əksinə, iş olan yerdə, yaradıcılıq axtarışları olan yerdə səhvlərə və nöqsanlara da təsadüf edirlər. Bir şərtlə ki, həmin səhvlər və nöqsanlar vaxtında aradan qaldırılsın və onların xroniki hal almasına yol verilməsin”.(Report)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Naxçıvanda parlament seçkiləri 331 məntəqədə keçiriləcək

Sentyabrda şanslı olacaq bürclər: Ay tutulması və...

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

DGK və Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət arasında çəkişmə

Rəsmi Bakı: Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Ən çox oxunanalar