Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Abşeronda heyvan kəsimi və satışı yerlərində reyd keçirilib

Reyd zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb...

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində Abşeron rayonu ərazisində fəaliyyət göstərən heyvan kəsimi və satışı yerlərində reyd keçirilib.

AQTA-dan verilən məlumata görə, reyd zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkarlanıb.

Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaq və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmək barədə bildirişlər təqdim olunub.

Keçirilən monitorinqlər zamanı koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq olunan tələblər, heyvan kəsimi məntəqələrinin fəaliyyətinə dair metodiki göstərişlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu tədbirlər çərçivəsində AQTA hazırda qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi ilə bağlı geniş təbliğat işləri aparır.

Agentlik tərəfindən indiyədək bir neçə metodiki göstəriş hazırlanaraq müvafiq sahibkarlıq subyektlərinə rəsmi şəkildə təqdim olunub.

pia.az


Etiket: AQTA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu bürclərin atdığı hər addım şansla dolu olacaq

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Bakıda üzünə dolğu etdirən qadının çənəsi əyildi - Foto

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

"Formula 1": Azərbaycan Qran-prisində maraqlı statistik göstəricilər qeydə alınıb

Ən çox oxunanalar