Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ yeni səfirini Bakıya göndərir

Trampın Bakıya göndərmək istədiyi səfir Senatda sorğu-sual edildi

Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp sentyabrın əvvəlində ABŞ-ın Bakıdakı səfiri postuna Dövlət Departamentində yüksək vəzifə tutan peşəkar diplomat Örl litzenbergerin (Earle Litzenberger) namizədliyini irəli sürüb. Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekutanın diplomatik missiyası bu ilin mart ayında başa çatıb.

Litzenberger hazırda Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda aparıcı müşavirdir. Bu vəzifəyə 2018-ci ilin yanvarında təyin edilib. Dövlət katibinin köməkçisinin birinci müavini yerində olmadıqda İrli Litzenberger onun səlahiyyətlərini icra edir.

ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsində dekabrın 13-də (Bakı vaxtilə dekabrın 14-də) Birləşmiş Ştatların AzərbaycanErmənistandakı səfirləri vəzifəsinə namizədlərlə bağlı səsvermə keçiriləcək.

“Report”un xəbərinə görə, məlumatı komitənin rəsmi saytı yayıb. Senatorlar Örl Litzenberger ABŞ-ın Azərbaycana və Linn Treysinin isə Ermənistana səfiri vəzifəsinə namizədliklərinə münasibət bildirəcəklər.

Beynəlxalq Əlaqələr Komitəsi Ö.Litzenbergerin və L.Treysinin namizədliyini təsdiqləyərsə, son dinləmələr Senatda keçiriləcək.

Qeyd edək ki, Amerika Erməni Milli Komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizəd Ö.Litzenbergerlə bağlı səsvermənin təxirə salındığını iddia edirdi.

Litzenberger nazir müşaviri (Minister Counselor) ali diplomatik rütbəsinə malikdir.

Litzenberger ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini (2014-2017) olub, Serbiya, Qırğızıstandakı səfirliklərdə işləyib. NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini (2013-2014) olub. Habelə ABŞ-ın Avropa İttifaqındakı missiyasında, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdəki səfirliklərdə, Fransanın Marsel şəhərindəki ABŞ konsulluğunda işləyib. Fransız, rus, bolqar və serb-xorvat dillərini bilir.

“Dövlət Departamentindəki mənbələr Litzenbergeri ”böhran yatıran diplomat" kimi xarakterizə edir. O, Vaşinqtonun hərbi və siyasi dəhlizlərində diplomatik yaradıcılıq qabiliyyəti və təmkini ilə ad çıxarıb. Müşahidəçilərin fikrincə, İran, Rusiya, Suriya məsələləri fonunda Cənubi Qafqazın əsas söz sahibi olan ölkəsinə hərbi məsələlərlə məşğul olan birisinin, özü də Dövlət Departamentdə çalışan şəxsin səfir göndərilməsi heç də təsadüfi deyil.

Oktyabrın əvvəlində ABŞ Senatının Xarici işlər komitəsi Örl Litsenbergerin Azərbaycana səfir vəzifəsinə namizədliyini müzakirə edib. Müzakirə zamanı diplomat bu vəzifəyə layiq görüləcəyi təqdirdə, ABŞ-ın Azərbaycandakı mənafeləri üçün səylə çalışacağını bildirib.

“Həm İranla, həm də Rusiya ilə həmsərhəd ölkə olan Azərbaycan ABŞ üçün mühüm tərəfdaşdır. Aramızdakı münasibətlər nəinki ölkələrimiz, bütövlükdə bölgə üçün də əhəmiyyətlidir”, - deyə Litsenberger qeyd edib.

O, Azərbaycanın beynəlxalq təhlükəsizlik sahəsində də uzun müddətdir etibarlı tərəfdaş olduğunu bildirib: “11 sentyabrdan sonra Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyev terrorçuluqla mübarizəyə dəstəyini və yaxından əməkdaşlığı ilk təklif edənlərdən olub”. O, Azərbaycanın Əfqanıstandakı beynəlxalq sülhyaratma missiyasına da töhfəsini yüksək qiymətləndirib.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan Ö.Litsenberger qeyd edib ki, Minsk Qrupunun həmsədri kimi ABŞ BMT Nizamnaməsində, Helsinki Yekun Aktındakı prinsiplər əsasında sülh yolu ilə uzunmüddətli razılaşma əldə etmələri üçün tərəflərlə bundan sonra da çalışmağa hazırdır: “Namizədliyim təsdiqlənərsə, hökumətin bu məqsədə sədaqətini lazımınca dəstəkləyəcəyəm”.

Linn Treysi peşəkar diplomatdır. O, Rusiya və keçmiş SRRİ üzrə mütəxəssisdir. Hazırda ABŞ Dövlət Departamentinin Rusiya işlər üzrə baş müşavir vəzifəsində işləyir. Bundan əvvəl Linn Treysi ABŞ-ın Moskva, Aşqabad və Astanadakı səfirinin müavini, Mərkəzi Asiya üzrə dövlət katibi köməkçisinin birinci müavini olub. O, Pakistanın Peşavar şəhərindəki ABŞ-ın konsulluğunda xidmətdə olub. Rus dilini bilir. Dövlət Departamentinin “İgidliyə görə” mükafatına layiq görülüb.(“Yeni Müsavat”)

pia.az


Etiket: Yeni səfir

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Təyyarə və helikopter qəzasında ölən dünya liderləri - Siyahı

Ən çox oxunanalar