Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Venesuela ilə mübahisədə Qayananın suverenliyini dəstəkləyir

ABŞ-ın dövlət katibi Entoni Blinken dekabrın 6-da gecə saatlarda Qayana prezidenti İrfaan Əli ilə danışıb.

Poliqon xəbər verir ki, Blinken ABŞ-ın Venesuela ilə sərhəd mübahisəsində Qayananın suverenliyini dəstəklədiyini bir daha elan edib. Bu barədə Dövlət Departamentinin saytında məlumat verilib.

"Dövlət katibi həmçinin təkrar etdi ki, Birləşmiş Ştatlar mübahisənin sülh yolu ilə həllinə və tərəflər yeni razılaşmalar əldə etmədikcə və ya səlahiyyətli beynəlxalq təşkilat başqa cür qərar verməsə, bütün tərəfləri Venesuela ilə Qayana arasındakı sərhədin demarkasiyasına dair 1899-cu il arbitraj qərarına hörmət etməyə çağırır", deyə departamentin mətbuat xidməti bildirib.

Venesuela prezidenti Nikolas Maduro bu ay qonşu Qayananın qərb hissəsinin - Essequibonun mülkiyyətinə dair referendum təşkil edib. Bu yaxınlarda orada zəngin neft yataqları aşkar edilmişdi. Venesuela hakimiyyətinin verdiyi məlumata görə, vətəndaşların təxminən 95%-i regionun ölkəyə daxil edilməsinə səs verib.

Dekabrın 6-da keçirilən referendum nəticəsində Nikolas Maduro qonşu Qayananın qərb hissəsini ölkənin 24-cü ştatı elan edib. Braziliya Venesuela ilə sərhədə zirehli texnika göndərib.

Qayana prezidenti İrfaan Əli "Associated Press"ə bildirib ki, ölkəsi Qayananın Essequibo bölgəsini 24-cü ştatı elan edən Venesuelaya qarşı müdafiə üçün lazım olan bütün addımları atır. Dövlət başçısı deyib ki, Qayana hökuməti ölkə ərazisinin 2/3-ni təşkil edən Essequibonu qorumaq üçün müttəfiqləri və regional tərəfdaşları ilə əlaqə saxlayıb. O, Qayana Silahlı Qüvvələrinin digər ölkələrlə danışıqlar aparmasına aydınlıq gətirib, lakin hansı ölkələrin müzakirə olunduğunu açıqlamayıb: "Əgər Venesuela bu cür ehtiyatsız və avantürist davranmağa davam edərsə, region buna cavab vermək məcburiyyətində qalacaq. Bizim etdiyimiz məhz budur. Biz regional cavab hazırlayırıq".

Dekabrın 6-sı axşam saatlarında Qayana Ordusu Venesuela sərhədi yaxınlığında helikopterlə əlaqəni itirdiyini bildirib. Qayana Müdafiə Qüvvələri (GDF) bildirib ki, helikopterlə Venesuela ilə həmsərhəd Arau kəndindən 48 km aralıda olarkən onunla əlaqə kəsilib.

Helikopterdə üç ekipaj üzvü və dörd sərnişinin olduğu dəqiqləşdirilir. Bildirilir ki, helikopter koordinatları olan fövqəladə lokator siqnalı göndərib, bundan sonra əlaqəni dayandırıb. Qayana ordusunun bildirdiyinə görə, axtarış-xilasetmə əməliyyatına bölgədəki əlverişsiz şərait mane olur.

Poliqon.info


Etiket: ABŞ


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Azərbaycanın bir qrup hərbçisi təltif edilib - Foto

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Ən çox oxunanalar