Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ və Rusiya nüvə başlıqlarının sayını artırır - Çin isə nüvə arsenalını 350 döyüş başlığından 410-a çatdırıb...

2022-ci ildə qlobal təhlükəsizlik on il əvvəllə müqayisədə nəzərəçarpacaq dərəcədə pisləşib. Dünyada müharibələr tez-tez baş verir, hərbi xərclər artıb, ərzaq təhlükəsizliyi problemi kəskinləşib...

Poliqon xəbər verir ki, bu qənaətə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) ekspertləri gəlib. SIPRI-nin bazar ertəsi dərc olunan illik hesabatına görə, ekspertlər ayrıca Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini də qeyd ediblər. Hesabatda göstərilir ki, bu da böyük dövlətlər arasında qarşıdurmanı gücləndirib, silahlara nəzarəti zəiflədib və diplomatiyanı təsirsiz hala salıb.

Ekspertlər qeyd edirlər ki, geosiyasi münasibətlər pisləşdikcə nüvə gücləri - ABŞ, Rusiya, Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail yerləşdirilmiş nüvə başlıqlarının sayını artırır və nüvə arsenallarını modernləşdirməyə davam edirirlər. SIPRI hesabatında qeyd edilir ki, onlardan bəziləri 2022-ci ildə nüvə başlıqları olan və ya onları daşıya bilən yeni silah sistemləri inkişaf etdirilib.

Həmçinin hesabatda bildirilir ki, ABŞRusiya dünyadakı nüvə silahlarının təxminən 90%-nə sahibdirlər. 2000-ə yaxın döyüş başlığının demək olar ki, hamısı RusiyaABŞ-a məxsusdur və bu nüvə silahları yüksək hazırlıq vəziyyətindədir. Bu başlıqlar ya raketlərlə təchiz edilib, ya da strateji hava bazalarında yerləşdirilib.

Çin isə nüvə arsenalını 350 döyüş başlığından 410-a çatdırıb. SIPRI hesab edir ki, onilliyin sonuna qədər Çin ballistik raketlərinin sayı Rusiya və ya ABŞ-ın sayına bərabər ola bilər.

Fransa isə üçüncü nəsil ballistik raketlərlə təchiz olunmuş nüvə sualtı qayığının yaradılması üzərində işi davam etdirir. Hesabatda deyilir ki, Hindistan və Pakistan da öz nüvə arsenallarını genişləndirir və yeni çatdırılma sistemlərini inkişaf etdirməyə davam edirlər. Şimali Koreya 2022-ci ildə nüvə sınaqları keçirməyib, lakin daha əvvəl 90-dan çox raket sınaqları həyata keçirib. Sınaqdan keçirilən raketlərin bəziləri nüvə başlıqları ilə təchiz oluna bilər.

SIPRI hesabatında o da qeyd edilir ki, 2022-ci ilin fevralında nüvə silahına malik dövlətin nüvə silahına sahib olmayan qonşu dövlətə genişmiqyaslı müdaxiləsi nüvə silahlarına nəzarət sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıqda əhəmiyyətli pozulmalara səbəb olub.

Hesabatda ayrıca Moskva və Vaşinqton arasında strateji sabitliyə dair dialoqun dayandırılması da müzakirə edilib. Qeyd edilir ki, Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etməklə hədələyən Rusiya fevral ayında START-3 müqaviləsində iştirakını dayandırdığını bildirib. Birləşmiş Ştatlar da bundan sonra Rusiyaya müqavilənin tələb etdiyi bildirişlər göndərməyi dayandırıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Tbilisi ilə Vaşinqton arasında gərginlik artıb, Gürcüstanın Baş naziri ABŞ-a getməyib

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Etirazçılar Tbilisinin nəqliyyat sistemini iflic ediblər - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Ən çox oxunanalar