Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Ukrayna hərbçilərinin təlimini ciddi şəkildə genişləndirəcək

ABŞ Ukrayna əsgərlərinin Avropada hərbi təlimlərini əhəmiyyətli dərəcədə genişləndirməyi planlaşdırır…

PİA.az xəbər verir ki, bu barədə New York Times qəzeti məlumat yayıb.

ABŞ Almaniyadakı bazasında təlim keçən Ukrayna əsgərlərinin sayını iki dəfə artıracaq. Bu barədə cümə axşamı, dekabrın 15-də iki amerikalı rəsmiyə istinadən New York Times (NYT) xəbər verib.

Qəzetin mənbələrinə görə, ABŞ prezidenti Co Baydenin bu həftə təsdiq etdiyi genişləndirilmiş təlim proqramı, ABŞ təlimatçılarına 2023-cü ildən başlayaraq hər ay 600-800 Ukrayna əsgərinə təlim keçməyə imkan verəcək. Hazırda ABŞ ayda 300-ə yaxın Ukrayna əsgərinə hazırlayır.

Müdafiə Nazirliyinin statistikasına görə, fevral ayından bəri ABŞ 3100 ukraynalıya əsasən kiçik qruplar şəklində artilleriya sistemləri kimi xüsusi silahlardan istifadə etməyi öyrədib”, deyə məqalədə qeyd edilir.

Bildirilir ki, Pentaqon 610 Ukrayna əsgərinə yüksək mobil artilleriya raket sistemləri və ya HIMARS çoxsaylı yaylım raket sistemlərindən istifadə üzrə təlim keçib.

Nəşrin məlumatına görə, proqramın genişləndirilməsindən sonra, amerikalı təlimatçılar Ukrayna hərbi pilotlarına daha təkmil döyüş taktikaları öyrədəcəklər. Həmçinin artilleriya dəstəyi ilə quru piyada qoşunlarının manevrlərinin əlaqələndirilməsi kimi “kollektiv təlim” üzrə Ukrayna əsgərlərini hazırlayacaqlar.

Yeni rejimdə təlimlərin Almaniyanın Qrafenvöhr şəhərindəki ABŞ Ordusunun bazasında keçiriləcəyi dəqiqləşib.

Noyabrın 15-də Aİ rəsmi olaraq öz ölkələrinin ərazisində ukraynalı döyüşçülər üçün təlim missiyasına başlayıb. Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrell bildirib ki, 15 min ukraynalı hərbçi Aİ-də təlim keçəcək.

Bundan əvvəl, iyulda məlum olmuşdu ki, ABŞ Nümayəndələr Palatası ukraynalı pilotların F-15 və F-16 qırıcılarını idarə etmək üçün təlim keçmək üçün 100 milyon dollar ayrılmasını təsdiqləyib. Müvafiq təşəbbüs növbəti maliyyə ili üçün müdafiə büdcəsinə dəyişiklik kimi qəbul edilib. Yeni ildə vəsaitin ümumi həcmi 840 milyard dollar təşkil edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Ən çox oxunanalar