ABŞ hakimiyyəti bu gün, iyulun 28-də Tayvana hərbi yardım paketinin təqdim olunduğunu elan edəcək...
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi mənbələrə istinadən məlumat yayıb. Mənbələrdən birinə görə, paketin dəyəri təxminən 330 milyon dollardır.
Reuters qeyd edir ki, tədarük ediləcək silahların konkret siyahısı rəsmi olaraq açıqlanmayacaq. Çox güman ki, paketə dörd MQ-9A pilotsuz uçuş aparatı daxil olacaq. Ağ Ev iddia edilən hərbi yardım paketi ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, iyun ayında ABŞ-ın dövlət katibi Entoni Blinken Çinə səfəri zamanı Çin hakimiyyətini əmin etdi ki, Vaşinqton Tayvanın müstəqilliyini dəstəkləmir və Pekinlə münaqişə etmək istəmir. Dövlət Katibi ABŞ Çin və Tayvanın fikir ayrılıqlarını sülh yolu ilə həll etməli olduğunu bildirib.
Poliqon.info