Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rusiyanı Şimali Koreya ilə gizli danışıqlar aparmaqda ittiham edib...

Ağ Ev danışıqların Şimali Koreyadan hərbi təchizatla bağlı olduğunu iddia edir...

Bayden administrasiyası iddia edir ki, Rusiya Şimali Koreya ilə hansısa gizli danışıqları davam etdirir. Müzakirələr Ukraynada istifadə üçün sursat və materialların alınmasından gedir.

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi Moskvanın birbaşa hərbi təchizatla yanaşı, öz müdafiə sektorunu dəstəkləmək üçün xammal almaq barədə sazişi nəzərdən keçirdiyini bildirib.

Kirbi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Şimali Koreyaya səfəri zamanı Rusiyaya artilleriya mərmilərinin satışı ilə bağlı danışıqlar apardığını bildirib. Kirbi əlavə edib ki, ABŞ müdafiə nazirinin səfərindən sonra başqa bir qrup Rusiya rəsmisinin Pxenyana getdiyini göstərən kəşfiyyat məlumatlarına malikdir.

Bundan əlavə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild də ABŞ, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya adından BMT-də bəyanatla çıxış edib. Diplomat Rusiya və Şimali Koreya arasında istənilən silah müqaviləsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozacağını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Ən çox oxunanalar