Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“ABŞ-Rusiya qarşıdurmasının dalğası postsovet ölkələrini vurur”- Rusiyalı analitik

Maksim Suçkov: “Vaşinqtonda əksər beyin mərkəzləri Moskvanın Cənubi Qafqazdakı nüfuzunun artırmasını qəbul etmir”.

ABŞ-la Rusiya arasındakı qarşıdurmanın dalğası postsovet məkanı ölkələrini də vurmağa davam edəcək. Bu fikirləri AYNA-ya açıqlamasında rusiyalı politoloq, amerikaşünas alim Maksim Suçkov deyib.

Onun sözlərinə görə, indi həm ABŞ, həm də Rusiyadan postsovet məkanına xüsusi bir geosiyasi maraq yönələcək: “Viktoriya Nuland Dövlət Departamentində postsovet məkanının kuratorudur və biz onu Ukrayna hadisələrindən xatırlayırıq. İndi ABŞ müttəfiqliklərini canlandırmaq və hər yerdə, o cümlədən postsovet məkanında mövqelərini möhkəmləndirmək niyyətindədir. Bu mənada, Gürcüstan və Ukraynada, NATO üzvü olmaq istədikləri ölkələrdə təsirlərini artıracaqlar”.

Analitik amerikalıların yalnız Rusiyaya qarşı deyil, Çinə qarşı da müəyyən addımlar atmalı olduğunu bildirib: “Vaşinqton Pekinin indi olduqca sıx mövcud olduğu Orta Asiyada mövqelərini gücləndirmək niyyətindədir”.

Qarabağ münaqişəsinə gəldikdə, Suçkov hesab edir ki, Vaşinqtonda əksər beyin mərkəzləri Rusiyanın Cənubi Qafqaz bölgəsindəki siyasi nüfuzunun artırmasını qəbul etmir: “Beyin mərkəzləri Rusiyanın bölgəyə girişinin müvəqqəti olduğuna və bunun 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulduğuna inanır. Digər tərəfdən, amerikalılar bu razılaşmaların Türkiyənin hesabına saxlanıldığına inanırlar. Türkiyənin təbii ki, bölgədə öz maraqları var. Bu səbəbdən də bölgədə Amerika maraqlarına zidd olan xəttin davam etdirilməsi mümkün deyil”.

Rusiya-Amerika qarşıdurmasından danışan mütəxəssisin fikrincə, bu iki böyük dövlət arasında hazırda baş verənlər 10-11 il əvvəlki proseslərin məntiqi davamıdır: “Medvedyev və Obamanın münsibətlərin “sıfırlanması” planı çökdükdən sonra, Obama dövründə yaranmış situasiyanın ətalətlə hərəkət etməsini müşshidə edirik. İndi tərəflər RusiyaABŞ-ın Sovet dövründə və SSRİ-nin dağılmasından sonra işləyən ilk 20 ildə müzakirə etdikləri və uyğun addımlar attıqları gündəmin açıq şəkildə tükəndiyi nöqtəyə gəldilər”.

“İndi ikitərəfli münasibətlərin onurğa sütunu olan strateji təhlükəsizliklə bağlı suallar hələ də qalmaqdadır, amma, hətta onlar da keyfiyyətcə dəyişməyə başlayır. Kibertəhlükəsizlik, kosmik problemlər və digər məsələlər yeni oyun qaydalarını tənzimləyəcək müzakirələrə və razılaşmalara ehtiyac yaradır. Tərəflərin münasibətləri mənfi pik həddinə çatdıqları və dünyanın nüvə qarşıdurması təhlükəsi altında olduğu 60-cı illərdəki böhran indi də mümkündür. Yalnız bundan sonra tərəflər bir-biriləri ilə danışmağa başlayacaq”, - deyə ekspert vurğulayıb.

Rusiyanın SWIFT sistemindən zorla necə ayrılması mümkünlüyündən danışan Suçkov söyləyib ki, Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatına güclü şəkildə inteqrasiya olunub və bu səbəbdən belə bir addım bir çox risklər doğuracaq: “Kobud şəkildə desək, Rusiya iqtisadiyyatı İran iqtisadiyyatı deyil. Rusiyada nəhəng Amerika kapitalı var və bazarlar güclü şəkildə Rusiyaya bağlıdır. Ancaq atmosfer o qədər zəhərli olur ki, nəzəri olaraq bu addım istisna edilə bilməz. Düşünürəm ki, indi bunun ehtimalı azdır, amma müəyyən mərhələdə istisna edilə bilməz. ABŞ-SSRİABŞ-Rusiya gərginliklərinin bir qədər fərqli olduğu başa düşülməlidir. Ölkələr arasında ideoloji mübarizə və bir-birinə həyat tərzi tətbiğ etmək kimi planları yoxdur. Rusiya üçün beynəlxalq münasibətlərin Qərb təsririndən çıxarılması vacibdir”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar