Bazar, 08 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Moskvadakı səfiri Putindən məqalə yazdı

"Onun məqsədi SSRİ-nin qüdrətini Rusiyanın timsalında bərpa etməkdir"

ABŞ-ın Rusiyadakı səfiri Maykl Makfol “Washington Post” qəzetind Rusiya Prezidenti Vladimir Putinin strategiyasına həsr olunan məqalə yazıb.

Müəllifin fikrincə, Rusiyanın dirçəldilməsi və onun əvvəlki qüdrətinin bərpası strategiyası qorxuncdur.

Müəllif qeyd edir ki, Putin əsaslı surətdə özünün güclü insan obrazını yaradıb, öz iradəsi və hakimiyyətinin gücü ilə təkbaşına Rusiyanı dirçəldib və onu qüdrətli dövlətə çeviribi: “Ancaq təəssüf ki, bu, tez-tez Putinin qanunsuz, amoral, amansız addımlarına səbəb olur. Putin öz “marionetləri” ilə Ukrayna ərazisini işğal etdi, kinli diktator Əsədlə sövdələşməyə gedib Suriyada yüz minlərlə insanı qətlə yetirdi, 2016-ci il prezident seçkiləri zamanı ABŞ-ın suverenliyini pozdu, NATO ölkəsində Rusiya kəşfiyyatının zabitini öldürməyə cəhd etdi. Az öncə isə o, beynəlxalq sularda Ukrayna gəmilərinə hücum etməyi əmr etdi, onlarla Ukrayna dənizçisini oğurlatdı. Lakin əlbəttə, Putin və onun ölkə daxilindəki, eləcə də xaricdəki pərəstişkarlarının fikrincə, məqsəd həmişə vasitəyə haqq qazandırır. Və onların süjet xəttinə görə, məqsəd SSRİ-nin qüdrətini Rusiyanın timsalında bərpa etməkdir”.

Lakin məqalə müəllifi hesab edir ki, Putin bir neçə taktiki qələbə qazansa da, Rusiyanın qüdrətli dövlətə çevrildiyi barədə fikirlər vaxtından əvvəl gəlinən qənaətdir. Makfol hesab edir ki, bu qələbələr uzunmüddətli izolyasiyaya səbəb olub ki, bu da perspektivdə beynəlxalq arenada Rusiyanın mövqeyini zəiflədəcək/Teleqraf.com.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

Deputat Hicran Hüseynova və bacısı Fransada 5 milyon avroluq villanı sökdürüb,  yenisini tikir - Foto

27 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb -  Yenilənib

Paris-2024: İlham Zəkiyev bürünc medal qazana bilər - Yenilənib

Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar

Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

Kapadokiya – Türkiyənin nağıl dünyası və tarixi incisi – Fotolar

Paris-2024: Lamiyə Vəliyeva növbəti medalını qazanıb

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Şamaxıda III Üzüm və Şərab Festivalına start verilib    

Əlcəzairdə növbədənkənar prezident seçkiləri keçirilir

Ən çox oxunanalar