Çərşənbə axşamı, 17 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Ermənistandakı səfirinin Qarabağ açıqlamaları... Səfir niyə erməni kimi davranır?

Səfirin davranışları diplomatik qaydalara nə qədər uyğundur?..

Politoloq: “ABŞ səfiri nəzərə almalıdır ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və onun “Dağlıq Qarabağ statusu” ifadəsini işlətməsi bu mövqeyə ziddir”.

ABŞ-ın da həmsədr olduğu ATƏT-in Minsk qrupu Qarabağ nizamlanması ilə bağlı son 29 ildə heç bir ciddi nəticəyə nail olmadı və bundan sonra səfirin yenidən köhnə palan içi tökməsi populizmdən başqa bir şey deyil”.

Bu sözləri politoloq Zaur İbrahimli ABŞ səfirinin Qarabağ açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Linn Treysi “Qarabağ münaqişəsi”nin tənzimlənməsi barədə çağırış edib. Səfir bildirib ki, müharibənin nəticələri aradan qaldırılmayıb, münaqişə tənzimlənməyib və “Dağlıq Qarabağın statusu” hələ də müəyyən olunmayıb. Treysi vurğulayıb ki, Vaşinqton ATƏT-in Minsk qrupunun həmsədri qismində işləyərək vəziyyətin eskalasiyasını azaltmağa, insidentləri aradan qaldırmağa çalışacağıq.

Qeyd edək ki, bundan əvvəl də xanım Treysi dəfələrlə vasitəçi ölkənin səfiri kimi deyil, münaqişənin tərəfi olan ölkənin səfiri kimi açıqlamalar verib.

ABŞ-ın Ermənistandakı səfirinin ermənidən daha çox erməni kimi davranmasını necə dəyərləndirmək olar və bu davranışlar diplomatik qaydalara nə qədər uyğundur?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “ABŞ səfiri yaxşı olardı ki, Ermənistanın təxribatçı hərəkətlərini, kommunikasiyaların açılmasını əngəllədiyini, minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyini, Azərbaycana qarşı ekloji təcavüz fəaliyyətlərini gündəliyə gətirsin”.

ABŞ səfirinin və digər beynəlxalq təşkilatların təmsilçilərinin bu cür açıqlamaları regionda davamlı sülhün əldə olunmasına yönəlmiş səylərə mane olurduğunu, revanişist qüvvələrə motivasiya verdiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, Ermənistanda fəaliyyət göstərən ABŞ digər ölkələrin diplomatları bununla bağlı öz məsuliyyətlərini dərk etməlidirlər:

ABŞ-ın Ermənistandakı səfirinin bu tipli açıqlamaları təəssüf doğrurur. Bu məsələlərlə bağlı Azərbaycanın mövqeyi birmənalıdır, Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan BMT-nin müvafiq qətnamələrini icra edərək öz ərazilərini işğaldan azad edib. Artıq “Qarabağ münaqişəsi” anlayışı yoxdur. Azərbaycan üçün hazırda regionda davamlı sülhün etibarlı təminatlarının yaradılması, bu məqsədlə Ermənistanla dövlət sərhədlərinin demilitasiya və demarkasiyası, sülh sazişinin imzalanması, nəqliyyat-kommunikas­­iya yollarının açılması aktualdır.

Azərbaycan sülh gündəliyi irəli sürüb və Ermənistana, həmçinin beynəlxalq tərəfdaşlara bununla bağlı çağırış edib. Bu gündəliyin tərkib hissəsi kimi BMT tərəfindən tanınmış sərhədləri daxilində yerləşən Qarabağ bölgəsində yaşayan ermənilərin təhlükəsiz yaşayışına təminat veriməsi rəsmi Bakının qəti mövqeyidir. Azərbaycan bu günə qədər humanitar məqsədlərlə Qarabağdakı ermənilərin təchizatına əngəl olmamaqla bunu sübut edib. Azərbaycanın özünün ərazi bütövlüyü təmin olunmaqla və yurisdiksiyası daxilində Qarabağda yaşayan ermənilərə təhlükəsiz yaşamaq üçün hər cür təminatlar verməyə hazır olduğunu bəyan edib.

Zaur İbrahimli: “Azərbaycan üçün hazırda regionda davamlı sülhün etibarlı təminatlarının yaradılması, bu məqsədlə Ermənistanla dövlət sərhədlərinin demilitasiya və demarkasiyası, sülh sazişinin imzalanması, nəqliyyat-kommunikas­iya yollarının açılması aktualdır”.

ABŞ səfiri nəzərə almalıdır ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və onun “Dağlıq Qarabağ statusu” ifadəsini işlətməsi bu mövqeyə ziddir. ABŞ-ın da həmsədr olduğu ATƏT-in Minsk qrupu Qarabağ nizamlanması ilə bağlı son 29 ildə heç bir ciddi nəticəyə nail olmadı və bundan sonra səfirin yenidən köhnə palan içi tökməsi populizmdən başqa bir şey deyil. ABŞ səfiri yaxşı olardı ki, Ermənistanın təxribatçı hərəkətlərini, kommunikasiyaların açılmasını əngəllədiyini, minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyini, Azərbaycana qarşı ekloji təcavüz fəaliyyətlərini gündəliyə gətirsin. Bundan sonra Ermənistandakı ABŞ səfirliyinin obyektivliyi barədə danışmaq olar.

Bunlarla yanaşı qeyd etmək lazımdır ki, ABŞ səfirinin və digər beynəlxalq təşkilatların təmsilçilərinin bu cür açıqlamaları regionda davamlı sülhün əldə olunmasına yönəlmiş səylərə mane olur, revanişist qüvvələrə motivasiya verir. Ermənistanda fəaliyyət göstərən ABŞ diplomatları və onların digər həmkarları da bununla bağlı öz məsuliyyətlərini dərk etməlidirlər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda ən yüksək maaşı onlar alır - Foto

MSK növbədənkənar parlament seçkilərinə yekun vurub - Yenilənib

TƏBİB də “qara siyahı”ya düşdü – 6 tender ləğv edildi

Özünü şəhid xanımı kimi təqdim edən şəxs həbs olundu

Ağadadaş Ağayev yeni qalmaqalda: Bu dəfə bank onu məhkəməyə verdi

Politoloq: Rusiya nüvə silahından istifadə etməyə hazırlaşır...

Bakıda qadın sevgilisi və qonşusunu bıçaqlayıb

Gənc şairin ilk kitabı - "Qırmızıdan bənövşəyiyə"

Politoloq: ABŞ regionda demokratiya oyunu adı altında yerləşmək istəyir...

Ən çox oxunanalar