Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Cənubi Qafqazda yürütdüyü siyasət Azərbaycana və Ermənistana qarşı balansı təmin edirmi?

Politoloq: “ABŞ ermənipərəst olub, Azərbaycan kimi qiymətli strateji tərəfdaşın maraqlarını nəzərə almaya bilməz”

“Boltonun səfərində ABŞ Adminstrasiyasını qayğılandıran məsələ heç də AzərbaycanErmənistana öz ədalətini sübut etmək deyildi. ABŞ prezidentinin təhlükəsizlik üzrə müşavirinin məqsədi ABŞ-ın qlobal maraqlarının İran kimi aspektləri ilə bu ölkələrlə razılığa gəlməkdir”.

Bu sözləri politoloq Nəzakət Məmmədova ABŞ-ın Azərbaycan və Ermənsitana qarşı sərgilədiyi münasibəti şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Bildiyimiz kimi, ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton Azərbaycandan sonra Ermənistana səfər edib. Con Bolton İrəvanda keçirdiyi mətbuat konfransında çıxışı zamanı Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşündə Dağlıq Qarabağ münaqişəsini geniş müzakirə etdiyini deyib. “Mən düşünürəm ki, indiki vəziyyət Dağlıq Qarabağ məsələsi üzrə qarşılıqlı əlverişli olan sazişin bağlanmasının vacibliyini vurğulayır, çünki bu, baş verən kimi Ermənistan-Azərbaycan sərhədi açılacaq. Türkiyə sərhədi, mənim fikrimcə, elə həmin an açılacaq”, deyə bildirən Con Boltonun fikrincə, indiki durumda Dağlıq Qarabağ münaqişəsi üzrə tərəfləri qane edən razılaşmanın əldə olunması vacibdir.

Bolton vurğulayıb ki, Ermənistana xarici təsirin azalması üçün münaqişə tərəfləri hər bir şey barədə müzakirə apara, danışa bilərlər və danışmalıdırlar. O, həmçinin Nikol Paşinyandan Qarabağ münaqişəsinin həlli üzrə konkret addımlar gözlədiyini də vurğulayıb. Erməni şərhçilər isə Boltonun bu fikirlərini birmənalı qarşılamayıblar və bildirirlər ki, Bolton açıq şəkildə Ermənistanın əraziləri qaytarmaq üzrə müzakirələrə başlamasını vacib sayır.

Həmçinin yayılan məlumatlara görə, Con Bolton Ermənistana səfəri çərçivəsində Paşinyana Rusiya silahları yerinə Amerika silahları almağı təklif edib. Belə ki, Con Boltonun İrəvanda keçirdiyi mətbuat konfrasında “Vəziyyət belədir ki, Ermənistan özü Rusiyadan silah alır, Azərbaycanın da silahlarının 80 faizi Rusiya istehsalıdır. Belə vəziyyət Qarabağ münaqişəsinin nizamlanmasına kömək etmir, çünki Rusiya üçün münaqişə tərəflərinə əlavə təzyiq rıçaqı rolunu oynayır və sülhə gətirmir”, sözləri də bu təklifin reallığına zəmin yaradır.

Qarabağ münaqişəsi fonunda Boltonun Ermənistana və Azərbaycana yanaşması barədə nə demək mümkündür? ABŞ-ın Cənubi Qafqazda yürütdüyü siyasət Azərbaycana və Ermənistana qarşı balansı təmin edirmi, yoxsa Minsk qrupunun digər həmsədrləri Rusiya və Fransa kimi ABŞ-da ermənipərəst siyasət yürüdür?

Həmçinin ABŞ-ın Cənubi Qafqaza silah satmağa başlaması regionda balansın pozulmasına səbəb ola bilərmi və Rusiya Cənubi Qafqazda ABŞ silahlarının peyda olmasına necə münasibət göstərər?

Bu mövzularla bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəzakət Məmmədovanın fikirlərini öyrənib.

Nəzakət Məmmədova: “ABŞ-ın bir çox vacib məsələlərdə Azərbaycana ehtiyacı var. ABŞ ermənipərəst olub, Azərbaycan kimi qiymətli strateji tərəfdaşın maraqlarını nəzərə almaya bilməz”.

ABŞ-ın AzərbaycanErmənistanla sıx əməkdaşlığa meyl etməsinin kökündə özünün milli maraqlarının durduğunu bildirən politoloq Nəzakət Məmmədova görə, Ermənistanla münasibətlərində ABŞ-ın əsas məqsədi heç də silah satışından ibarət deyil:

“Amerika nə ermənipərəst, nə də Azərbaycanyönümlü siyasət yürütmür. Vaşinqton qlobal miqyasda həyata keçirdiyi öz milli maraqlarından çıxış edərək dünya ölkələrinə münasibətdə siyasətini qurur. ABŞ-ın əbədi dostları və əbədi düşmənləri yox, əbədi maraqları var. ABŞ-ın ən yaxın dostları arasında təbii ki, Böyük Britaniyanın və İsrailin adını çəkmək olar ki, yalnız bu ölkələrlə ABŞ-ın strateji dostuğu digərlərindən daha üstün mövqedə tutulur.

Onu da deməliyəm ki, Vaşinqtonun yürütdüyü siyasət heç də həmişə ədalətli olmur. Məsələn, Azərbaycana qarşı olan və Boltonun yenidən moratorium qoyula biləcəyini dediyi 907-ci düzəliş kimi... Və yaxud da Fələstin məsələsində birbaşa İsrailin mövqeyindən çıxış etmək kimi..

Ancaq nəzərə almalıyıq ki, ABŞ xarici siyasətində lobbi qruplarının böyük təsiri var və ABŞ-ın Cənubi Qafqaz siyasətində də müəyyən qədər erməni diasporasının təsiri var. O cümlədən bilirik ki, 907-ci düzəliş erməni diasporunun birbaşa təsirləri nəticəsində qəbul edilib. O zaman Azərbaycan indiki kimi güclü deyildi və erməni diasporu buna nail oldu. İndi isə vəziyyət başqadır. ABŞ-ın bir çox vacib məsələlərdə Azərbaycana ehtiyacı var. ABŞ ermənipərəst olub, Azərbaycan kimi qiymətli strateji tərəfdaşın maraqlarını nəzərə almaya bilməz.

Boltonun səfərində ABŞ Adminstrasiyasını qayğılandıran məsələ heç də AzərbaycanErmənistana öz ədalətini sübut etmək deyildi. ABŞ prezidentinin təhlükəsizlik üzrə müşavirinin məqsədi ABŞ-ın qlobal maraqlarının İran kimi aspektləri ilə bu ölkələrlə razılığa gəlməkdir. Lakin paritet gözlənilməyə çalışılır və demək olar ki, hazırda ABŞ AzərbaycanErmənistan arasında ayrı-seçkilik etmir.

ABŞ Ermənistana 2019-cu ildə 26 milyon dollar yardım ayıracaq. Bu, əvvəlki illərdən 20 milyon çoxdur. Məqsəd Paşinyana öz hakimiyyətini möhkəmlətməyə maliyyə dəstəyi verməkdir. Eynilə Bolton Bakıda da 907-ci düzəlişə moratirium qoyula biləcəyini vurğuladı. Deməli, yardımlar məsələsində ABŞ hər iki ölkəyə bərabər yanaşdığını ortaya qoymaq istəyir. Halbuki, Ermənistana “Minilliyin çağırışı” proqramı çərçivəsində 2006-2008-ci illərdə 177 milyon dollar yardım göndərildi. Sonradan 2008-ci ilin mart hadisələri zamanı Qərbyönümlü müxalifətə qarşı zorakılıqdan sonra Hillari Klintonun rəhbərlik etdiyi bu proqrama son verildi.

Nəzakət Məmmədova: “ABŞ sadəcə regionda varlığının strateji əhəmiyyətini artırmaq və Rusiyanın AzərbaycanErmənistandakı dominat mövqeyini zəiflətmək üçün öz silahlarını təklif edir”.

“Minilliyin çağırışı” Ermənistana 235 milyon dollar yardım nəzərdə tuturdu. 2018-ci il çevrilişindən sonra Paşinyan və Amerika erməni diasporu ABŞ hökumətinə müraciət edib bu proqramı bərpa etməyə çağırdı. ABŞ məhz həmin proqramı bərpa etməsə də, qeyd etdiyim kimi, Dövlət Departamenti gələn il Ermənistana 26 milyon dollar verəcək. Bu il isə yardımı 14 milyon dollar artırıb. ABŞ erməni lobbiçiləri Azərbaycanın hərbi gücünün artmasından narahat olaraq Konqresə, Ağ Evə müraciət edərək Azərbaycana paritet yaratmaq üçün Ermənistana yardımı artırmağı tələb edirdi. Halbuki, Azərbaycan ABŞ-dan narkotik qaçaqmalçılığı ilə mübarizə və antiterror məqsədilə yardım alıb.

##relatedPostMilli##Ermənistan isə Rusiyanın hərbi müttəfiqi olub. Bolton Ermənistanda bildirib ki, Azərbaycan Rusiyadan 80 faiz silah təchizatını həyata keçirir, Ermənistan da həmçinin... Bu, regionda sülhə xidmət etmir. Bizim silahlarımız daha yaxşıdır. Bu, ABŞ-ın regionu yeni silah bazarı kimi gördüyünü deməyə əsas verir. Hərçənd ki, biz, yaxud Ermənistan ABŞ üçün elə də böyük bazar deyilik. Məsələn, Amerika Səudiyyə ilə 110 milyard dollarlıq silah satışı müqaviləsi imzalayıb. Halbuki, Azərbaycan Rusiyadan 5 milyardlıq silah alıb. Gördüyümüz kimi fərq böyükdür və deməli ki, məsələ heç də silah ticarətində deyil. Ermənistanın isə silah almaq üçün maliyyə vəsaitləri yoxdur. Rusiya bu ölkəyə özünün verdiyi kreditlərlə satır. Ona görə də Cənubi Qafqazın silah bazarında yeri çox cüzidir və Vaşinqtonun bu bazara iqtisadi cəhətdən maraq göstərmsəsini söyləmək heç də doğru olmazdı.

ABŞ sadəcə regionda varlığının strateji əhəmiyyətini artırmaq və Rusiyanın AzərbaycanErmənistandakı dominat mövqeyini zəiflətmək üçün öz silahlarını təklif edir. Dighər tərəfdən Ermənistan RTMT-nin üzvüdür və bu təkliflə Bolton əslində Rusiyanı qıcıqlandırmaq istəyir. Təbii ki, Rusiya üçün ABŞ silahlarının Cənubi Qafqazda peyda olması arzuolunan deyil və mən zənn etmirəm ki, Rusiya buna imkan versin”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

Arda Gülər kimdir? – 9 yaşında oynamağa başlayıb, 19 yaşında ulduz olan futbolçu

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Ən çox oxunanalar