Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-da illik inflyasiya 6,5%-ə qədər azalıb

2022-ci ilin dekabrında ABŞ-da illik inflyasiya bir ay əvvəlki 7,1%-dən 6,5%-ə enib və aylıq əsasda ötən ilin son ayında istehlak qiymətləri 0,1% ucuzlaşıb…

2022-ci ilin dekabr ayının sonunda ABŞ-da inflyasiya noyabrda olan 7,1 faizlə müqayisədə illik ifadədə 6,5 faiz təşkil edib.

PİA.az xəbər verir ki, bu barədə ABŞ Əmək Departamentinin məlumatında bildirilir. Qeyd olunur ki, bu, inflyasiyanın 6,2% olduğu 2021-ci ilin oktyabrından bəri minimum göstəricidir. O da bildirilir ki, aylıq əsasda ötən ilin son ayında istehlak qiymətləri 0,1% ucuzlaşıb.

Bundan başqa ərzaq və enerji qiymətləri istisna olmaqla, ölkədə baza inflyasiyası dekabrda illik ifadədə azalaraq noyabrdakı 6%-dən 5,7%-ə enib. Aylıq olaraq, bir ay əvvəl 0.2% ilə müqayisədə 0.3% sürətləndi.

ABŞ-da inflyasiya ilə bağlı məlumatların dərcindən sonra ABŞ fond indekslərində azalma müşahidə olunub. Bu göstəricilər fonunda dollar avro və yen qarşısında ucuzlaşıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva bildirib ki, qlobal iqtisadiyyat indi tədricən bərpa mərhələsinə qədəm qoyur, artım 2024-cü ildən sürətlənməyə başlayacaq. Eyni zamanda, o, 2023-cü ilin “çətin” ola biləcəyi barədə xəbərdarlıq edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Paşinyan Ermənistanda kilsə islahatları apara bilər?

Zelenski: Tərəfdaşlar Rusiyanın müharibədə uduzmasından qorxurlar...

Ən çox oxunanalar